Fevralın 3-də Avropa Şurasının Azərbaycandakı Ofisinin rəhbəri, səfir Zoltan Hernyeş Medianın İnkişafı Agentliyində (MEDİA) olub.
MEDİA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, agentliyin icraçı direktoru Əhməd İsmayılov qonaqlara ölkədə media islahatlarının gedişi və "Media haqqında Qanun" barədə məlumat verib. Həmçinin görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AZƏRTAC