Azərbaycan-İsrail biznes forumu
İQTİSADİYYAT

Azərbaycan-İsrail biznes forumu

İxracın İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib.

Azərbaycan İsrail arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov biznes forumun, həmçinin adamları arasında keçirilən müxtəlif görüş tədbirlərin aktual məsələlərin müzakirə edilməsi, prioritet əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi işgüzar dairələr arasında yeni əlaqələrin qurulması baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, ölkələrimiz arasında möhkəm ikitərəfli dostluq münasibətləri, yüksək səviyyəli siyasi əlaqələr iqtisadi əməkdaşlığın dinamik inkişafına əlverişli şərait yaradır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin İsrail-Azərbaycan Ticarət Sənaye Palatası ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının inkişafı baxımından əhəmiyyət kəsb edir. Azərbaycanda müxtəlif sahələr üzrə çoxsaylı İsrail şirkətləri fəaliyyət göstərir, bir sıra önəmli layihələr həyata keçirilir. İsraillə enerji, ticarət, sənaye, kənd təsərrüfatı, innovasiyalar, infrastruktur, əczaçılıq, turizm digər sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğu diqqətə çatdırılıb, israilli sahibkarların ölkəmizdə biznes təşəbbüslərinin yüksək qiymətləndirildiyi dəstəkləndiyi bildirilib.

Birgə Komissiyanın həmsədri, İsrailin xarici işlər naziri Eli Kohen ölkələrimizin müxtəlif sahələrdə səmərəli əməkdaşlıq etdiyini, Azərbaycanda həyata keçirilən layihələr, ölkəmizin unikal coğrafi mövqeyi iqtisadi sabitliyin İsrail şirkətləri üçün əhəmiyyətli əməkdaşlıq investisiya mühiti yaratdığını vurğulayıb. Qeyd olunub ki, İsraildə Azərbaycan səfirliyinin açılması ölkələrimiz arasında əlaqələrin daha yüksək səviyyəyə çatmasına əlavə imkanlar yaradır.

Tədbirdə Azərbaycan İsrailin investisiya layihələri barədə təqdimatlar nümayiş etdirilib, B2B B2G formatda görüşlər keçirilib.

Emin QASIMOV,

Respublika”.