AZƏRBAYCAN - PAKİSTAN: STRATEJİ TƏRƏFDAŞLIQDAN DAHA ÜSTÜN MÜNASİBƏTLƏR
Siyasət

AZƏRBAYCAN - PAKİSTAN: STRATEJİ TƏRƏFDAŞLIQDAN DAHA ÜSTÜN MÜNASİBƏTLƏR

Azərbaycan ilə Pakistan arasında diplomatik münasibətlərin zəngin tarixi var. Hər iki dövlət mədəni, siyasi, iqtisadi humanitar inkişafın mühüm aspektlərində bir-birini dəstəkləyir. Bakı ilə İslamabad arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlıq yüksələn xətlə inkişaf edir regionda sülhə töhfə verir. Diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Pakistanın Azərbaycandakı səfirliyi 1993- il martın 12-, Azərbaycanın Pakistandakı səfirliyi isə 1997-ci il avqustun 24- açılıb.

Azərbaycan 1918-ci ildə müstəqilliyini əldə etməklə müsəlman dünyasının ilk Demokratik Respublikasına çevrildi. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan istər sosial-iqtisadi həyatda, istərsə hərbi-siyasi sahədə böyük təlatümlər dövrünə qədəm qoydu. yalnız 1993- ildə ulu öndər Heydər Əliyev xalqın təkidli xahişi ilə hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra dövlətçiliyimiz xilas oldu, ölkə hərc-mərclik xaosdan qurtularaq tarixinin ən möhtəşəm dövrünə daxil ola bildi. Məhz ümummilli liderin əvəzsiz xidmətləri sayəsində bir çox ölkələrlə, xüsusilə Pakistanla münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəldi.

Azərbaycan Pakistan son 31 il ərzində həmişə qarşılıqlı faydalı əməkdaşlığa söykənən münasibətlər nümayiş etdirib, iki ölkə ən yüksək nüfuzlu beynəlxalq platformalarda bir-birini dəstəkləyib. Bu əməkdaşlıq diplomatik müstəvidən iqtisadi sahəyə, hərbidən humanitar sferalara qədər bütün istiqamətləri əhatə edir. Hər iki dövlət bir-birinin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Bunu Pakistanın Xocalı soyqırımını tanıması, İslam Respublikasının keçmiş Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyindən çıxış etməsi ya Kəşmir problemi kimi sahələrdə görmək olar. Xüsusilə qeyd edilməlidir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun erməni işğalçılarını darmadağın etdiyi 44 günlük Vətən müharibəsində Pakistan da qardaş Türkiyə qədər Azərbaycanın yanından oldu, siyasi-mənəvi dəstəyini nümayiş etdirdi.

Azərbaycan Pakistan belə nadir dövlətlər sırasındadır ki, onların əsas maraqları insanların yaşayış səviyyəsinin yüksəldilməsi, fundamental hüquqların müdafiəsi, yüzilliklər ərzində formalaşmış milli-mənəvi dəyərlər sisteminin qorunub saxlanılması inkişaf etdirilməsi, eləcə iqtisadiyyatını hərbi qüdrətini gücləndirməkdir. Azərbaycan Pakistan arasında əlaqələr yalnız strateji tərəfdaşlıqdan ibarət deyil - ölkələrimiz mədəniyyət, iqtisadiyyat diplomatiya sahələrində uğurlu əməkdaşlıq edir. Azərbaycan Pakistan cəmiyyətləri bir-biri ilə əlaqələri inkişaf etdirir qarşılıqlı surətdə humanitar yardımlar göstərir. Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Azərbaycanın Pakistanla əlaqələri sarsılmaz möhkəmdir.

Hər iki dövlət müxtəlif beynəlxalq platformalarda, məsələn, BMT- əməkdaşlıq edir. Azərbaycan Pakistan xüsusilə iqtisadi hərbi sahədə əməkdaşlıq üçün böyük potensiala malikdir. Ölkələrimiz həm İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Konfransı Təşkilatının (İƏT) üzvüdür. Hər iki ölkənin dövlət hökumət başçıları arasında tez-tez qarşılıqlı səfərlər olur. Belə səfərlərin birində, 2015-ci ildə Pakistan Prezidenti Məmnun Hüseyn Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı olan "Hilal-e-Pakistan" ordenini təqdim edib.

Azərbaycan Pakistan müstəqillik əldə etdikdən sonra fövqəladə təhlükəsizlik problemləri ilə üzləşib. Azərbaycan 2020-ci ilə qədər Ermənistan tərəfindən Qarabağ ətraf yeddi rayonun işğalına məruz qalmışdı, Pakistanın isə Hindistanla Kəşmirə görə ərazi münaqişəsi hələ davam edir. Bu keçmiş mövcud problemlər, gərginliklər hərbi potensialın inkişafına diqqət yetirməyi tələb edir. Beləliklə, hərbi əməkdaşlığın gücləndirilməsi hər iki dövlətin strateji maraqlarına uyğundur. Pakistan Azərbaycan arasında müvafiq sazişlə təmin edilən hərbi əməkdaşlıq birgə hərbi təlimlərin keçirilməsini nəzərdə tutur. Bu saziş çərçivəsində Azərbaycanın Hərbi Dəniz Qüvvələri Pakistanda Ərəb dənizində keçirilən çoxmillətli - 2013 hərbi dəniz təlimlərində dəfələrlə iştirak edib.

Azərbaycan Pakistan hərbi sektorun gücləndirilməsi məqsədilə 2014- ildə ikitərəfli hərbi əməkdaşlıq sazişi imzalayıb. Sənəd 2015 2016- illərdə yenilənib. Ölkəmiz Pakistanın JF-17 qırıcı-bombardmançı təyyarələrinin alınmasına ciddi maraq göstərir. Hazırda Azərbaycan SU-25, MiQ-21 MiQ-29 ilə silahlanıb, həmçinin Pakistandan on "Super Mushak" təlim təyyarəsi alıb. Birgə Əməkdaşlıq İşçi Qrupunun iclasları zamanı hər iki dövlət mövcud təhlükəsizlik vəziyyəti hərbi əməkdaşlığın gələcəyini müzakirə edirlər.

Hazırda hər iki ölkə müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirir. Həm Azərbaycanın, həm Pakistanın birgə hərbi təlimlər keçirmək planları iki ölkənin maraqlarına cavab verir. Ölkələr müvafiq olaraq öz regionlarında mühüm əhəmiyyət kəsb edir mövcud əməkdaşlıq səviyyəsini daha da yüksəltmək dərinləşdirmək niyyətindədirlər.

İqtisadi sahəyə nəzər salsaq, ölkələrimizin qarşılıqlı ticarəti genişləndirmək potensialına malik olduğu şübhə doğurmur. Bu isə o deməkdir ki, turizmin inkişafının da stimullaşdırılmasına ehtiyac var. Hər iki ölkənin iqtisadi əlaqələri inkişafına biznes sektorunu cəlb etmək üçün böyük imkanları var. Pakistan ölkələr arasında iqtisadi ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək etmək baxımından regiona önəm verir. Çin-Pakistan İqtisadi Dəhlizi kimi meqalayihədən danışan Pakistan Azərbaycanı da bu layihəyə cəlb etməyi düşünür. Bununla da ölkəmiz öz məhsullarını Çinə ixrac edə biləcək, həm Asiyadan Avropaya, həm əksinə, bir növ qapıya çevriləcək. Bununla yanaşı, Azərbaycan Pakistan arasında ötən ildən etibarən birbaşa müntəzəm uçuşların təşkil edilməsi böyük önəm daşıyır. Ölkələr arasında ticarətin inkişafı üçün mövcud olan böyük potensialın reallaşdırılması istiqamətində bu, mühüm şərtlərdən biri kimi dəyərləndirilir. Həmçinin, Azərbaycan Pakistanın biznes sektoru tərəfindən effektiv əməliyyatlar üçün bir-biri ilə qarşılıqlı əlaqədə olmasını da şərtləndirir.

Dövlət biznes sektorlarında imkanlar barədə məlumatlılığın yaradılması istiqamətində vacib işlər görülür. Ticarət palatalarının səmərəli fəaliyyəti iqtisadi əlaqələrin möhkəmlənməsində böyük rol oynayır. Hər iki dövlətin bir-biri ilə azad ticarət əlaqələrini genişləndirməsi məşğulluğun artırılmasına, eləcə istehsal xərclərinin azaldılmasına bazarın genişləndirilməsinə kömək edir. Azərbaycan Pakistan gələcəkdə həyata keçirilməli olan bir sıra anlaşma memorandumu imzalayıb.

Göründüyü kimi, Azərbaycan-Pakistan münasibətləri bir tərəfdən iki ölkənin maraqlarına xidmət edir, digər tərəfdən hər iki regionda dayanıqlı sülhün əməkdaşlığın təmin edilməsinə mühüm töhfələr verir. Bu isə o deməkdir ki, ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıqdan da yüksək dəyərlərə söykənir.

Emin QASIMOV,

"Respublika".