Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransı davam edir.
Bu barədə AZƏRTAC-a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sərgi çərçivəsində fevralın 23-də müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə naziri Mohammed Ahmed Al Bovardi ilə görüşü olub.
Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransı işini fevralın 24-dək davam etdirəcək.