Azərbaycanın cüdo millisi beynəlxalq turnirdə rekord sayda qızıl medal qazanıb
İdman

Azərbaycanın cüdo millisi beynəlxalq turnirdə rekord sayda qızıl medal qazanıb

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Almaniyanın Bremen şəhərində keçirilən beynəlxalq "Masters" turnirində rekord sayda qızıl medal qazanaraq tarix yazıb. 

Azərbaycan Cüdo Federasiyasından "Respublika"ya bildiriblər ki, idmançılarımız 4 qızıl və 3 bürünc mükafat əldə edərək medal sıralamasında Yaponiyanı, Özbəkistanı və Almaniyanı üstələyərək birinci sırada qərarlaşıblar. 

Məhəmməd Musayev (66 kiloqram), Süleyman Əliyev (73 kiloqram), Aslan Kotsoyev (90 kiloqram) və Kənan Nəsibov (100 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Babarəhim Mirzəyev (60 kiloqram), İslam Rəhimov (66 kiloqram) və Tuncay Şamil (90 kiloqram) isə üçüncü yeri tutublar.