Braziliyada elektrikli uçan taksilərin istehsalına başlanılır
Maraqlı

Braziliyada elektrikli uçan taksilərin istehsalına başlanılır

Braziliyanın təyyarə istehsalçısı olan Embraer şirkəti elektriklə işləyən uçan taksilərin istehsalı üçün San-Paulu şəhəri yaxınlığında zavod tikəcəyini açıqlayıb.

"Respublika" xəbər verir ki, altı sərnişin tutumlu kiçik helikopterə bənzəyən taksilərin 2026-cı ildə səmada olması planlaşdırılır. Bu avtomobillə səyahətin adambaşına 50-100 dollar arasında başa gələcəyi gözlənilir.

Şirkət artıq 3000-ə yaxın hava taksisi üçün sifarişi aldığını bildirib.

Şaquli olaraq qalxıb-enə bilən avtomobillərin uçuş-enmə zolağına ehtiyacı yoxdur və təyyarələr kimi uzun məsafə qət edə bilir. Elektrik mühərrikləri standart təyyarələrlə müqayisədə səs-küyü və çirklənməni də azaldacaq. 

Pilotsuz uçuş aparatlarına bənzər sərnişin avtomobilləri ilk olaraq taksi parklarında istifadə ediləcək. Avtomobillər 100 faiz elektriklə işləyəcək.