Dünyanı narahat edən məsələlərə beynəlxalq müqavimət formalaşır
Siyasət

Dünyanı narahat edən məsələlərə beynəlxalq müqavimət formalaşır

Azərbaycan müxtəlif beyin mərkəzlərinin iştirak etdiyi ünvana çevrilib. Bu gün istər paytaxt Bakıda, istərsə də işğaldan azad olunan ərazilərdə kifayət qədər dünyamiqyaslı tədbirlər keçirilir.

Bakı Qlobal Forumu çərçivəsində Azərbaycanla dünyanın digər ölkələri arasında kifayət qədər yaxşı əlaqələr formalaşır. Həmçinin artıq ənənəvi hal alan mart ayında keçirilən Bakı Qlobal Forumları dünyanı narahat edən bir çox məsələlərə beynəlxalq müqavimət yaradır. Burada iştirakçı olan nüfuzlu dövlət xadimləri məhz Azərbaycandan dünyaya müəyyən çağırışlar edirlər. Bakı Qlobal Forumunda edilən müzakirələrin nəticələri beynəlxalq aləmdə ciddi reaksiyalar doğurur. Cənab Prezidentin himayəsi altında dəfələrlə keçirilmiş Bakı Qlobal Forumu dünyanın trendlərini müəyyənləşdirən ən önəmli beynəlxalq forumlardan biridir. Qlobal Bakı Forumu dünya mediasında ciddi reaksiyalar doğurur. Burada edilən müzakirələr dünyanın gələcəyinə aydın baxışlar formalaşdırır. Daha yaxşı dünya naminə qlobal həmrəylik və məsuliyyət şüurunun zəruriliyi ortaya çıxır. Eyni zamanda bu gün ayrı-seçkilik, islamofobiyanın, iqlim məsuliyyətsizliyinin dünyanı cənginə aldığı bir vaxtda bu tip forumların böyük əhəmiyyəti var. Həmçinin Azərbaycan neokolonializmə qarşı mübarizədə ön sıralarda yer alır. Ölkəmiz multikultural ənənələrinə görə dünyaya örnəkdir və bu tip tədbirlərin keçirilməsi təqdirəlayiqdir.

Tural İSMAYILOV,

politoloq.