Əmək yarmarkası
Region

Əmək yarmarkası

Cəbrayıl Rayon İcra Hakimiyyətinin, "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin və Şərqi Zəngəzur Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirildi.

Yarmarka Azərbaycan Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına əhalinin qayıdışı ilə əlaqədar həyata keçirilən bərpa-quruculuq işlərinə rayon əhalisinin cəlb olunması məqsədilə təşkil olunmuşdu.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin Bakı şəhərində yerləşən qərargahında baş tutan əmək yarmarkasında 100 nəfərə yaxın müxtəlif ixtisas və peşəyə yiyələnmiş Cəbrayıl rayon sakini qeydiyyatdan keçib, bərpa-quruculuq işlərində fəaliyyət göstərmək üçün razılıq aldı.

T.HÜSEYN,

"Respublika".