Əməkdaşlıq haqqında Memorandum imzalanıb
Elm və təhsil

Əməkdaşlıq haqqında Memorandum imzalanıb

SOCAR-ın Bakı Ali Neft Məktəbi və “BDO Azərbaycan” MMC arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. 14 iyun BANM-in məlumatında bildirilir.

Sənədi BANM-in rektoru Elmar Qasımov və “BDO Azərbaycan” MMC-nin İdarəedici partnyoru Yunis Salayev imzalayıb. Memorandum tələbələr üçün istehsalat və ya könüllü təcrübə proqramlarının təşkil edilməsi, tələbə-məzunların məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədi ilə universitetin karyera sərgilərində iştirak edilməsi və şirkətin tanıtım günlərinin keçirilməsi, şirkətin əməkdaşlarının Ali Məktəbdə qonaq spiker qismində çıxış etməsi, habelə zərurət olduqda onların tədris fəaliyyətinə cəlb olunması və digər məsələləri nəzərdə tutur.

“Respublika”.