“Əsrin müqaviləsi”nin imzalanmasından ötən 29 il ərzində AÇG yataqlar blokundan 579 milyon tondan çox neft hasil olunub
Maraqlı

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən 29 il ərzində AÇG yataqlar blokundan 579 milyon tondan çox neft hasil olunub

Bu gün Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından 6 il ötür.

Yeni sazişə əsasən, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılıb. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75% təşkil edir.

"Respublika" Energetika Nazirliyinə istinadən xəbər verir ki, ümumilikdə hasilatın pay bölgüsünə dair ilk sazişin – “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 29 il ərzində AÇG yataqlar blokundan 579 milyon tondan çox neft hasil olunub.