Hərbi Prokurorluqda Vətən müharibəsi iştirakçıları ilə birlikdə tədbir
Digər xəbərlər

Hərbi Prokurorluqda Vətən müharibəsi iştirakçıları ilə birlikdə tədbir

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mayın 18- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü şəhidlərin abidəsi önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin qəhrəman Vətən övladlarının parlaq xatirələrinə dərin ehtiram ifadə olunub.

Mərasimdə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Sumqayıt hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Raul Şahverdiyev digər şəxslər müstəqillik yolumuzu firavan gələcəyimizi nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli mənalı ömründən, çoxşaxəli zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Eyni zamanda Ulu Öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddət ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən xalqın əzmkarlığından danışdılar.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan möhtəşəm qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə Prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib

"Respublika".