Kanadadan ölkəmizin daxili işlərinə qarışmamağı tələb edirik
Siyasət

Kanadadan ölkəmizin daxili işlərinə qarışmamağı tələb edirik

Qərbi Azərbaycan İcması Kanadanın xarici işlər nazirinin növbəti anti-Azərbaycan açıqlaması ilə əlaqədar dərin hiddətini ifadə edir.

AZƏRTAC xəbər verir ki, Qərbi Azərbaycan İcması bu barədə bəyanat yayıb.

Bildirilib ki, "öz müqəddəratını təyinetmə" prinsipindən danışan Kanada diplomatiyası faktiki olaraq özünü gülünc vəziyyətə qoyub. "Bu günlərdə okeanın o tayından tələm-tələsik Avropa İttifaqının Ermənistandakı missiyasına heyət göndərən, yaxın zamanlarda Ermənistanda səfirlik açmağı planlaşdıran Kanada, görəsən, həqiqətən də bilmir ki, heç Ermənistanın özü 2020-ci il Vətən müharibəsindən sonra "öz müqəddəratını təyinetmə" prinsipinə toxunmur.

Amma əgər Kanada "öz müqəddəratını təyinetmə" prinsipinə bu qədər dəyər verirsə, onda ilk öncə özündən başlaya və müstəqillik hissinin çox yüksək olduğu əyalətinə müstəqillik verə bilər.

Kanadadan Azərbaycana qarşı düşük açıqlamalara son qoymağı və ölkəmizin daxili işlərinə qarışmamağı tələb edirik", - bəyanatda qeyd edilib.