Mədət Quliyev
Digər xəbərlər

Mədət Quliyev "Dubai Airshow-2023" sərgisi çərçivəsində bir sıra görüşlər keçirib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində "Dubai Airshow-2023" 18-ci aviasiya sərgisi davam edir.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərginin ikinci günündə müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əl Bovardi ilə görüşü olub.

Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Sonra M.Quliyev İtaliya Respublikasının "Leonardo" və BƏƏ-nin EDGE şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.

Görüşlərdə hər iki şirkətin istehsal etdiyi aviasiya vasitələri haqqında geniş məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.