Məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyət göstərmiş şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

Məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyət göstərmiş şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Nağıyev İman Məmməd oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Abbasov İlqar Eyvaz oğlu.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 dekabr 2022-ci il