Milli Məclisin plenar iclasında 13 məsələ müzakirə edilib
Siyasət

Milli Məclisin plenar iclasında 13 məsələ müzakirə edilib

İyunun 16-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2023- ilin növbədənkənar sessiyasında növbəti iclası keçirilib.

Sahibə Qafarova iclasda 13 məsələnin müzakirə ediləcəyini söyləyib. O, gündəliyin ilk 3 məsələsinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, bu məsələlərin cari ilin dövlət büdcəsində büdcə zərfinə daxil olan digər iki sənəddə dəyişiklik edilməsi barədə üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasının 2023- il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Tahir Mirkişili cari ilin dövlət büdcəsinə təklif olunan dəyişikliklər barədə qanun layihəsinin bütün istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacağını söyləyib.

Sonra Əmək sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı "Dövlət sosial müdafiə fondunun 2023- il büdcəsi haqqında" "İşsizlikdən sığorta fondunun 2023- il büdcəsi haqqında" qanunlarda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini təqdim edib. O, bu qanun layihələrinə heç bir əlavə təklif daxil olmadığını deyib hər iki sənədin səsə qoyulmasını xahiş edib.

Hər iki qanun səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova növbəti məsələnin "Azərbaycan Respublikası Milli Məclisinin 2023- il üçün xərclər smetası haqqında" Milli Məclisin 2022-ci il 9 dekabr tarixli 688-VIQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə parlamentin qərar layihəsi olduğunu söyləyib.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri gündəliyin digər məsələsinin "Saxta əmtəə nişanlarının coğrafi göstəricilərin istifadəsinin qabaqlanması qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş"in təsdiqi "Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış "Yalançı əmtəə nişanlarından coğrafi göstəricilərdən istifadənin qarşısının alınması kökünün kəsilməsi tədbirləri haqqında" Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında qanun layihəsi olduğunu bu sənədin beynəlxalq sazişlərlə bağlı olduğuna görə, müvafiq Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini bildirib.

Sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin - Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin son altı məsələsi möhtərəm Prezidentin bir məktubu ilə parlamentə daxil olub mahiyyətcə bir-birinə yaxındır. Bunlar "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə (8-ci məsələ), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (9-cu məsələ), Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (10-cu məsələ), "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə (11-ci məsələ), "Lisenziyalar icazələr haqqında" Qanunda dəyişiklik edilməsi barədə (12-ci məsələ) "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə (13- məsələ) birinci oxunuşda olan qanun layihələridir. Diqqətə çatdırılıb ki, qanun layihələrinə parlamentin iki komitəsində baxılıb.

Sonra təqdim olunan gündəliyin son 6 məsələsi ətrafında müzakirələr aparılıb.

Sonra çıxış edən deputatlar qanunlarda nəzərdə tutulan dəyişikliklər barədə fikirlərini, bəzi qeyd təkliflərini səsləndiriblər. Onlar qanun layihələrinin ölkənin nəqliyyat sektorunun işinin səmərəliliyinin artırılmasına xidmət edəcəyini söyləyiblər.

Müzakirələrin yekununda təqdim olunan son 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Mustafa KAMAL,

Respublika”.