Paleontoloqlar dinozavrların yaşıdı olan canlı aşkar edib
Maraqlı

Paleontoloqlar dinozavrların yaşıdı olan canlı aşkar edib

Boulderdəki (ABŞ) Kolorado Universitetinin alimləri təxminən 73 milyon il əvvəl Yer kürəsinin sərt mühitində yaşamış kiçik bir məməlinin daşlaşmış qalıqlarını aşkar ediblər.

"Respublika" xəbər verir ki, bu barədə "SciTechDaily" məlumat yayıb.

Bildirilib ki, yeni növün hər bir dişi qum dənəsi ölçüsündə olub.

Heyvan əslində siçan olmasa da, ona bənzəyib. Tüklü canlının çəkisi təxminən 11 qram olub. O, Alyaskanın şimalında yaşayıb.

Nəzrin ELDARQIZI,

"Respublika".