Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı prioritet məsələlərdəndir
Digər xəbərlər

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı prioritet məsələlərdəndir

Ermənistan daim ölkəmizə qarşı törətdiyi təxribatlarla gündəmə gəlmişdir. Tarixin müxtəlif dövrlərində həyata keçirilən deportasiya prosesi bunun bariz nümunəsidir. Belə ki, istər sovet hökuməti, istərsə ermənilər Qərbi azərbaycanlılara qarşı dəhşətli cinayətlər törətmiş, erməni millətçiləri tərəfindən xalqımız əzəli torpaqlarından zorla qovulub çıxarılmışdır. Məhz bu proseslərin nəticəsində isə tarixi ərazilərimizdə Ermənistan dövləti yaradılmışdır. Şübhəsiz, bu qanunsuz fəaliyyətlərə dövlətimiz tərəfindən layiqincə cavab veriləcəkdir.

Azərbaycan İkinci Qarabağ müharibəsində düşmənə dərs verdiyi, həqiqəti sübut etdiyi kimi, Qərbi azərbaycanlıların da hüquqları bərpa ediləcək, haqq-ədalət öz yerini tapacaqdır.

Hazırda bu istiqamətdə mühüm işlər görülür. Qayıdış prosesinin həyata keçirilməsi üçün mühüm konsepsiya hazırlanmışdır. Qərbi Azərbaycana qayıdış konsepsiyasının əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə təhlükəsiz şəkildə qayıtmasını təmin etməkdir. Konsepsiya, həmçinin beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin sülhün bərqərar olunmasına xidmət edir. Qərbi Azərbaycana qayıdış konsepsiyasının əsas məqamlarından biri qovulmadan əvvəlki məskunlaşma coğrafiyasının bərpası ilə bağlıdır. Əlavə olaraq, Ermənistan hökuməti geri dönəcək azərbaycanlıların mülkiyyət hüquqlarını qorumalı, onların evlərini, icma torpaqlarını özlərinə qaytarmalıdır. Ermənistan tərəfi isə hər zaman olduğu kimi, yenə bunlardan boyun qaçırmağa, xain planlarını icra etməyə çalışır. Sözsüz ki, düşmənin bu cəhdi əbəsdir. Çünki, dünyada haqq-ədalət mütləq öz yerini tapır. Ölkə başçımız İlham Əliyevin dediyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır.

Bu yaxınlarda Qərbi Azərbaycan İcmasının daha bir beynəlxalq arenadakı müraciəti tarixi ədalətin bərpa olunması yönündə atılan mühüm addımlardan olmuşdur. Sözügedən müraciət bu il yanvarın 17-, Birləşmiş Millətlər Təşkilatının katibliyi, BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının İqtisadi Sosial Şurasının rəsmi sənədi kimi yayılmışdır. Müraciətdə qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndlər yer almışdır. Bu baxımdan, müraciət tarixi məsələmizin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurlardandır. Müraciət azərbaycanlıların öz evlərinə qaytarılması təməl insan hüquqlarının qorunması üçün beynəlxalq sülhün, təhlükəsizliyin əməkdaşlığın bərqərar olmasının zəruriliyini bir daha təsdiqləmişdir. Bundan başqa, tamamilə beynəlxalq hüquqa müvafiq olaraq müəyyənləşmiş konsepsiyanın BMT- rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını daha da azaltmışdır.

Nəzrin ELDARQIZI,

"Respublika".