Şəhid Vadim Qocayevin məzarı ziyarət olunub
Sosial həyat

Şəhid Vadim Qocayevin məzarı ziyarət olunub

Qobustan rayonunun Sündü kəndində XTQ giziri şəhid Qocayev Vadim Alik oğlunun ildönümü qeyd edilib. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Şəhidin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri qoydular.

Vadim Qocayev 1997-ci il yanvarın 10-da Qobustan rayonunun Sündü kəndində anadan olub. Ailəli idi, bir qızı yadigar qalıb. O, 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən döyüş rəşadəti yüksək qiymətləndirildiyindən Vadim Qocayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

M.QULUYEV,

"Respublika".