Tədarük məntəqələrinə 352 ton yaş barama təhvil verilib
İQTİSADİYYAT

Tədarük məntəqələrinə 352 ton yaş barama təhvil verilib

Respublikada barama tədarükü başa çatmaqdadır. Azərbaycanın 41 rayonu üzrə kümçülər tərəfindən tədarük məntəqələrinə 352 ton yaş barama təhvil verilib.

21 iyun KTN-dən bildirilir ki, bu il ən çox yaş barama Zərdab rayonunda tədarük olunub. Yerli kümçülər 2023-cü il mövsümündə 52,865 ton yaş barama təhvil veriblər. Ağcabədi (34,336 ton), Zaqatala (28,907 ton), Balakən (28,151 ton), Bərdə (21,117 ton), Tərtər (14,747 ton), Şəki (13,737 ton), Qax (12,385 ton), Füzuli (10,416 ton), Lənkəran (9,896 ton), Sabirabad (9,744 ton), Yevlax (9.583 ton) və Ağdam (9,210 ton) ən çox yaş barama tədarük edən rayonlardır.

Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyir.

“Respublika”.