Təfriqəçilik erməni toplumunun genetik yaddaşından qaynaqlanır
Siyasət

Təfriqəçilik erməni toplumunun genetik yaddaşından qaynaqlanır

Haylar tarix boyu toplum şəklində yaşadığından dövlətçilik təfəkkürünə malik olmayıblar. Müxtəlif dövlətlərin lütfünə sığınmaqla yaşamaq məcburiyyətində qalıblar.

Başqa xalqların tarixini, mədəniyyətini mənimsəyərək özününküləşdirib, olmayan vətənləri haqqında mif və əsatirlər uydurublar. Nəticə etibarilə millətə, xalqa deyil, siyasi təşkilata çevriliblər. Bu səbəbdən hətta tamamilə fərqli, əks və düşmənçilik mövqeyində dayanan ölkələrin ərazilərində yaşayan erməni diasporunun nümayəndələri, müəyyən görüntü xarakterli istisnalar olmaq şərtilə, vahid siyasi təşkilatın təmsilçiləri kimi çıxış edirlər. Elə bu baxımdan da Rusiya ilə qarşıdurma vəziyyətində olan Qərb ölkələri - ABŞ və Fransada yaşayan ermənilərin hədəfləri arasında heç bir fərq yoxdur. Rusiyada yaşayan, bu ölkənin media resurslarına, ekspert cameəsinə sızmış ermənilər, həmçinin onların pul və müxtəlif hədiyyələrlə ələ aldığı Vladimir Solovyov kimi peşəkar təxribatçılar, üzdə Rusiyanın maraqlarından çıxış etdiklərini sərgiləsələr də, əslində Rusiya kimi çoxkonfessiyalı, çoxmillətli bir ölkədə dini, milli ədavəti qızışdırmaqla onun dayaqlarını sarsıtmağa çalışırlar. "Krokus Siti"də baş verən dəhşətli terror aksiyasından sonra erməni diasporunun və onların əlaltılarının Azərbaycana, o cümlədən müsəlman xalqlarına qarşı ictimai rəyə nifrət toxumu səpmələrinin də səbəbi məhz budur. Onlar Rusiyada qarşıdurma yaratmaqla, bu ölkənin bəzi əraziləri ilə bağlı açıq şəkildə dilə gətirə bilmədikləri iddialarının təmin olunması üçün zəmin yaratmağa çalışırlar. Təfriqəçilik erməni toplumunun genetik yaddaşından qaynaqlanır.

Tarix boyu, hətta xristianlığın özü belə ermənilər üçün ultramillətçilik ideyalarının pərdələnməsində vasitə olub və qondarma, mövcud olmayan tarix üzərində tərbiyə olunan radikal erməni millətçiləri heç zaman xristianlığın gerçək dəyərlərinin daşıyıcısı olmayıblar.

Bunu xristianlığa qarşı ən kəskin və hətta düşmən mövqedə dayanan pavlikian təriqətinin məhz ermənilərlə bağlılığı da sübuta yetirir. Tarixi faktlar sözügedən təriqətin üzvlərinin təkcə ermənilərin yaşadığı ərazilərdə xristianlığın təbliğ etdiyi dəyərlərə və humanizm prinsiplərinə qarşı savaş açmadıqlarını, xristianlıq əleyhinə çıxış edən bu erməni təriqətinin daha geniş əraziləri öz ağuşuna aldığını sübuta yetirir. Xristianlığa mahiyyət etibarilə heç bir aidiyyəti olmayan bu erməni təriqətin üzvləri Bizans imperatorları tərəfindən "dindənkənar" elan edildikdən sonra Qərbə doğru hərəkət ediblər. Orta əsr Avropasını araşdıran tədqiqatçılar pavlikianlığı Bizansdan Avropaya daşıyan erməni tacirlərinin apardıqları təbliğat nəticəsində bu antixristian təriqətinin təsiri altında boqomil, katar, albiqoy təriqətlərinin yarandığını qeyd edir, bu təriqətlərin çoxsaylı insan ölümünə bais olduğunu bildirirlər. Və eyni zamanda vurğulayırlar ki, XI-XII əsrlərdə albiqoy müharibələri Fransanın cənubunun tamamilə boşalmasına səbəb olub.

Avropalılar "ermənilərin qəlbinə dəyməmək üçün" bu barədə danışmağı sevməsələr də fakt faktlığında qalır və erməni Qriqoryan kilsəsinin digər xristian kilsələrindən fərqli olaraq radikal millətçiliyi özünün aparıcı xəttinə çevirməsi, terrorizmi himayə etməsi, dini konfessiyalar arasında nifaq toxumu səpməsi, bu kilsədə hələ də pavlikian təriqətinin izlərinin qaldığını sübuta yetirir.

Azərbaycanlılara məxsus Göyçə gölündən başqa hər hansı bir hövzəyə əli çatmayan diaspor xalqının "dənizdən-dənizə" imperiya qurmaq hikkəsi ilə yaşaması, ən yaxşı halda sistematik beyin pozuntusu, təfəkkür qüsuru sayıla bilər. Təəssüf ki, əsasən öz gücünü, potensialını, imkanlarını mövcud olduğundan dəfələrlə üstün bir dəyərləndirmə sindromu üzərində formalaşdıran bu təfəkkür, hətta bir neçə il öncə haqqın, ədalətin dəmir yumruğundan aldığı sarsıdıcı zərbədən sonra da reallığı dərk etmək istəmir. Qapıda XXI əsrin üçüncü onilliyidir, ermənilər isə dünyada yalnız onlara və Aralıq dənizi hövzəsində yaşayan bəzi xalqlara aid olan, tibb elmində "erməni xəstəliyi" kimi tanınan bəlanın titrətmə, şəxsiyyətin ikiləşməsi və beyin pozuntusu kimi simptomlarından xilas ola bilməyiblər.       

Elçin MİRZƏBƏYLİ,

siyasi şərhçi.