“Tor adası” satışa çıxarılıb
Dünya xəbərləri

“Tor adası” satışa çıxarılıb

Şotlandiyanın Torsa adası 85 ildə ilk dəfə olaraq 1,9 milyon dollara satışa çıxarılıb.

"Respublika" xəbər verir ki, bu barədə "Press and journal" məlumat yayıb.

Bildirilib ki, adanın adı Norveç mənşəlidir və Şotlandiyanın ən qədim qəbilələrindən biri olan Haylandsın tarixi ilə əlaqəli “Tor adası” kimi tərcümə olunur.

Adadakı ən görkəmli tarixi bina xarabalığa çevrilmiş “İt qalası”dır. Qaladan əlavə, adada köhnə üç otaqlı ferma evi var.

Hal-hazırda Torsa mal-qara və qoyun yetişdirmək üçün istifadə olunur.
Elanda həmçinin bildirilir ki, Torsa adasında qartallar, dovşanlar, cüyürlər və su samurları da daxil olmaqla, nadir vəhşi təbiətə rast gəlmək olar.

Nəzrin ELDARQIZI,

"Respublika".