İstanbula güclü leysan yağıb, 1754 ev və iş yerinə ziyan dəyib
Dünya xəbərləri

İstanbula güclü leysan yağıb, 1754 ev və iş yerinə ziyan dəyib

İstanbulda  güclü yağış nəticəsində 2 nəfər həyatını itirib. İlkin məlumatlara görə, 1754 ev və iş yerinə ziyan dəyib. 

"Respublika" "TRT Haber"-ə istinadən xəbər verir ki, dünən saat 21.00 radələrində güclü  leysan yağışının ardından İstanbulun şimalında yerləşən rayonlarda daşqınlar baş verib.

İstanbul Valiliyindən verilən son açıqlamaya görə, hər kvadratmetrə 125 kiloqram yağıntının düşdüyü müəyyən edilib.

Başakşəhər Başak Məhəlləsi Mevlana Cəlalettin Rumi küçəsində Yıldız Yurtsevən ilə Küçükçəkməcə Atatürk Məhəlləsi Engin küçəsində yaşayan Qvineya əsilli İraman Kebe həyatını itirib.  Xəstəxanaya çatdırılan 12 yaralıdan 5-nin müalicəsi davam edir.

Nurcan SÜLEYMANOVA,

"Respublika"