Türkiyə XİN rəhbəri İraq Prezidenti ilə görüşüb
Dünya xəbərləri

Türkiyə XİN rəhbəri İraq Prezidenti ilə görüşüb

Türkiyə xarici işlər naziri Hakan Fidan İraqa etdiyi səfər çərçivəsində dövlət başçısı Abdullatif Rəşidlə görüşüb.

“Respublika” xəbər verir ki, bu barədə “Hürriyyət” nəşri məlumat yayıb.

Xarici işlər naziri Hakan Fidan iki günlük rəsmi səfərdə olduğu İraqda əlaqələri davam etdirir. Nazir İraqdakı son günündə paytaxt Bağdadda İraq prezidenti Abdullatif Rəşidlə ikitərəfli görüş keçirib.

Hakan Fidan və Prezident Rəşid ikitərəfli ticarətin genişləndirilməsi, terrorizmlə mübarizə və iki ölkə arasındakı sərhədi keçən sulardan səmərəli istifadə məsələlərini müzakirə ediblər.

Musa Bağırlı,

“Respublika”.