Ulu öndər Heydər Əliyev ehtiramla anıldı
Region

Ulu öndər Heydər Əliyev ehtiramla anıldı

Dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi Cəbrayıl rayonunda da təntənəli surətdə qeyd edildi.Ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkına səhər tezdən rayon ictimaiyyətinin nümayəndələri,müharibə veteranları,qazilər,şəhid ailələri toplaşmışdılar.İlk öncə ulu öndərin parkda ucaldılan abidəsi ziyarət olundu, önünə gül dəstələri düzüldü.Yubiley tədbirinin rəsmi hissəsi rayon icra hakimiyyətinin akt zalında davam etdirildi. Rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov geniş məruzə ilə çıxış etdi, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illərdə respublikada  nəhəng quruculuq işlərinin həyata keçirildiyini və bu müddətdə ölkənin templə inkişaf etdiyini vurğuladı.

Sonra ulu öndərin həyat və fəaliyyətindən bəhs edən “Əsrin adamı”filmi nümayiş olundu.   Yubiley tədbiri Heydər Əliyev parkında geniş konsert proqramı ilə davam etdirildi.

Tofiq HÜSEYN,

“Respublika”.