Yüksək səviyyəli çoxşaxəli əlaqələr
Siyasət

Yüksək səviyyəli çoxşaxəli əlaqələr

Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr son illər daha da inkişaf etmiş yeni mərhələyə yüksəlmişdir. Diplomatik əlaqələr isə 1992-ci il avqustun 30-da qurulub. 1993- ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004- ilin martında isə Azərbaycanın Qazaxıstanda səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından etibarən Azərbaycanın Qazaxıstanda konsulluğu fəaliyyət göstərir. Hər iki ölkə çar imperiyası sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunub. 1990- illərdən başlayaraq Qazaxıstanda ölkəmizin bir sıra mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Böyük qazax mütəfəkkiri Oljas Süleymanov 1990- ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırmışdı.

Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. 2005-ci il mayın 25- Qazaxıstan Prezidenti N.Nazarbayev Azərbaycanda səfərdə olarkən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi tədbirində iştirak etmişdir. Mərasim zamanı Qazaxıstanın da qoşulduğu "Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi genişləndirilməsi haqqında Bakı Bəyannaməsi" imzalanmışdır.

 Azərbaycan üçün Qazaxıstan həm siyasi müttəfiq, həm iqtisadi tərəfdaşdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Azərbaycan-Qazaxıstan münasibətləri bu gün özünün ən yüksək mərhələsinə çatıb. Qazaxıstan Qarabağ münaqişəsində hər zaman  Azərbaycanın haqlı mübarizəsinin dəstəkçisi olmuşdur. 44 günlük Vətən müharibəsində Qazaxıstanın ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstək müharibədən sonra Qarabağın yenidən dirçəldilməsi prosesində özünü göstərir.

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin Azərbaycana ilk rəsmi səfəri çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri ilə yanaşı, Qarabağın yenidən dirçəldilməsi inkişafına hərtərəfli yardım göstərmək istəyini ifadə etməsi münasibətlərdə yeni səhifənin açılmasından xəbər verir. Qazaxıstanın Azərbaycana hədiyyəsinin - işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir sübutudur. Ötən il avqustun 24- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən "Altın kıran" - "Qızıl qartal" ali ordeni ilə təltif olunub. Bu, xalqlarımız arasındakı dostluğun qardaşlığın təsdiqi, həmçinin Azərbaycanın münasibətlərin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Həmin gün Prezident İlham Əliyev Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı bildirmişdir ki, xalqlarımızı ortaq tarix, ortaq köklər birləşdirir: "Bu gün Qazaxıstan Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır". Görüş zamanı liderlər arasında müxtəlif sahələrə dair 15 mühüm sənəd imzalandı.

Bu il aprelin 7- Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini - ticarət inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ikitərəfli ticarət dövriyyəsinin artım tempi müsbət qiymətləndirilib. Tərəflər, həmçinin ticari-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Qeyd olunanlar etnik, dini mədəni dəyərlər baxımından yaxın olan Azərbaycan Qazaxıstan münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyinə əminlik yaradır.

Nəzrin CAVADZADƏ,

"Respublika".