Azərbaycanın ilk təyyarəçi qadını - Leyla Məmmədbəyova
Tarixi şəxsiyyətlər

Azərbaycanın ilk təyyarəçi qadını - Leyla Məmmədbəyova

Dünyanın əksər ölkələrində hər il 8 Mart - Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Qadınların bayramı üçün məhz bu günün seçilməsi heç təsadüfi deyil. Hadisə 166 il əvvələ təsadüf edir. Belə ki, Nyu-Yorkda tikiş ayaqqabı fabrikinin qadın işçiləri məhz 1857-ci il martın 8- nümayişə çıxmış, 10 saatlıq günü, işıqlı quru yeri, ən əsası isə kişilərlə eyni maaş tələb etmişdilər. Çünki həmin dövrdə onlar gün ərzində 16 saat işləyir, müqabilində isə sadəcə qəpik-quruş alırdılar. Çoxsaylı etirazlardan sonra ABŞ-ın bir çox müəssisələrində ilk dəfə qadınlardan ibarət "həmkarlar ittifaqı" təşkilatları yaranmağa başladı. Şübhəsiz, cinsi ayrı-seçkiliyin hökm sürdüyü zamanda qadınların tələbləri sadəcə bununla da bitmirdi...

1910-cu ildə 8 Mart gününün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin bu təklifi yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü. Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir. Şimal qonşumuz Rusiyada isə ilk beynəlxalq qadınlar günü 1913- ildə Peterburqda qeyd olunmuşdur. Bundan bir il sonra Avropada 8 mart ərəfəsində qadınlar müharibəyə qarşı etiraz marşları ilə gündəmə gəlmişdilər. 1917-ci ildə "Çörək Sülh" şüarı ilə rusiyalı qadınların küçələrə axışması II Nikolayın taxtdan enməsi ilə sonlanmışdır. Hadisədən sonra müvəqqəti hökumət qadınlara seçkilərdə iştirak etmək hüququ vermişdir. 1965-ci ildən isə 8 Mart artıq qeyri- günü kimi təqvimə daxil edilmişdir. Lakin zaman keçdikcə bu tarixi gün siyasi mahiyyətini itirməyə başladı. Belə ki, BMT 1977-ci ildə 8 martı Beynəlxalq Qadınlar Günü kimi elan etdi bununla da "mübarizə" sözü bayramın adından götürüldü. Bunun əksinə olaraq, həmin gün sevgi qayğının simvoluna çevrildi.

Ölkəmizdə 8 Mart - Beynəlxalq Qadınlar Günü 1917-ci ildən bəri qeyd olunur. Müstəqil dövlətimizdə qadınlara daim xüsusi diqqət qayğı ilə yanaşılmışdır. Bu məqsədlə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ölkəmizin, həmçinin BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvü olması bu sahəyə olan önəmli yanaşmanın göstəricisidir. Azərbaycanın 1995-ci ildə rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulması dövlətimizdə qadın hüquqlarının qorunmasının nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır.

Beynəlxalq Qadınlar Günündə tarixə düşməyi bacaran qadınlardan söz açmasaq haqsızlıq olar. Axı, onların uğurları illər ötsə , nəsillərə örnəkdir. Bu qadınlardan biri Leyla Məmmədbəyovadır. O, Azərbaycanda, Cənubi Qafqazda, eləcə Yaxın Şərqdə ilk təyyarəçi qadın kimi tanınır. L.Məmmədbəyova 1909-cu ildə Bakıda anadan olmuşdur. "Səma xanımı" ləqəbi ilə tanınan Leyla xanım təhsilini Bakı aeroklubunda almışdır. Onun ilk uçuşu 1931-ci ildə baş tutmuş, 1932-ci ildən etibarən isə təhsilini Moskvada davam etdirmişdir. 1933- ildə Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşütlə atlanan L.Məmmədbəyova, həmçinin SSRİ-nin ikinci qadın paraşütçüsü olmuşdur. Bundan başqa, o, 1934- ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yerə layiq görülmüşdür. Sonralar Bakı aeroklubunda müəllim kimi fəaliyyət göstərən Leyla Məmmədbəyova 1941-ci ildə yüzlərlə təyyarəçiyə təlim keçmiş, müharibə dövrü ərzində 4000 paraşütçü-desant hazırlamışdır. Tarixə ilk azərbaycanlı pilot qadın kimi düşməyi bacaran Leyla Məmmədbəyova haqqında bir neçə əsərlər yazılmışdır. Belə ki, Mikayıl Müşfiqin "Əfşan" "Şölə" poemaları Leyla xanıma həsr olunmuşdur. Azərbaycanın görkəmli şairi Səməd Vurğun isə onun həyat xatirələrini əks etdirən "Leyla" əsərini qələmə almışdır. 1934- ildə lentə alınan səssiz "İsmət" bədii filmi Leyla Məmmədbəyovaya həsr olunmuş, 1995-ci ildə isə onun haqqında "Leyla" adlı sənədli film çəkilmişdir.

Leyla Məmmədbəyovanın son uçuşu 1949-cu ildə olmuşdur. O, aviasiyadakı xidmətləri ictimai fəaliyyətinə görə 1936- ildə "Şərəf nişanı" ordeni, 1945-ci ildə "Qafqazın müdafiəsinə görə", 1946- ildə "Əməkdə fərqlənməyə görə", "Əmək rəşadətinə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur. Ən diqqətçəkən məqamlardan biri isə altı uşaq anası olan Leyla Məmmədbəyovanın mükafatları arasında "Analıq medalı"nın olması idi. Amerikanın "Huffington Post" nəşrində 2017-ci ildə Leyla Məmmədbəyova haqqında məqalə dərc olunmuşdur. Məqalədə onun fəaliyyəti belə qiymətləndirilir: "O, öz həyatı ilə Azərbaycanda - qadınların ABŞ-dan daha əvvəl səs vermək hüququna malik olduğu bir ölkədə tipik müsəlman qadını stereotipini qırdı".

Leyla Məmmədbəyova 1989-cu ilin iyulunda vəfat etmiş, İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.

Nəzrin ELDARQIZI,

"Respublika".