Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri yeni mərhələdə
Türk dünyası

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri yeni mərhələdə

Son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə inkişafın yeni mərhələsinə qədəm qoyub. Ölkəmizin dünyada artan nüfuzu sayəsində bir çox dövlətlər Azərbaycan ilə əməkdaşlığa can atır bu ölkələr arasında Mərkəzi Asiya dövlətləri önəmli yer tutur. Son bir il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri xüsusilə diqqət çəkir. Bu əlaqələrin inkişaf etməsi isə təkcə Azərbaycan Mərkəzi Asiya ölkələri üçün deyil, həm bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. İstər regionda, istərsə dünyada baş verən geosiyasi proseslər dövlətləri birgə əməkdaşlığa səsləyir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir. Onu da qeyd edək ki, 1990- illər təkcə Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası üçün önəmli tarix hesab edilir. Belə ki, məhz bu tarixə qədər türk dünyası beynəlxalq arenada ancaq Türkiyə Cümhuriyyəti ilə təmsil olunurdu. SSRİ-nin süqutu nəticəsində beş türk dövlətinin müstəqillik əldə etməsi türk dünyasını canlandırdı. Müstəqilliyinin bərpasından sonra Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm çoxtərəfli əlaqələri gücləndirməyi qarşısına hədəf qoydu.

Bu il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanda rəsmi səfərdə olub. Səfər zamanı Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü keçirilib. Görüş zamanı Kasım-Jomart Tokayev bildirib ki, Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir. Qazaxıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş markanın buraxıldığını bildirən Kasım-Jomart Tokayev Ulu Öndərin ölkələrimiz arasında əməkdaşlığın qurulması inkişafındakı böyük tarixi rolunu xatırladıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada Heydər Əliyev küçəsinin açılış mərasimində iştirak ediblər. Ölkə başçımız Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı işğaldan azad edilmiş Qarabağda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi ilə əlaqədar Qazaxıstan Prezidentinə təşəkkür edib: "Bu, xalqlarımızın dostluğunun qardaşlığının yaxşı rəmzi olacaq, ona görə ki, biz dağıdılmış infrastrukturun, o cümlədən sosial infrastrukturun bərpa edilməsi üzrə çox böyük işlər görməliyik. Qardaş Qazaxıstanın belə bir təşəbbüsü, əlbəttə, bütün azərbaycanlılarda böyük təşəkkür hissi doğurur".

Bu gün Azərbaycan Özbəkistan arasında əlaqələr dinamik şəkildə inkişaf edir. Özbək Azərbaycan xalqlarını yaxın milli adət ənənələr, ümumi dil qrupu, mədəniyyət din birləşdirir. Ötən il işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagirdlik məktəb binasının inşasına başlanıldı. Bu il mayın 5- Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən məktəb binasında tikinti işlərinin gedişi ilə tanış oldular. Ötən il başlanılan tikinti işlərinin bu ilin dekabrında başa çatdırılması planlaşdırılır. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilir. Bu ilin mayında Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə qanun imzalayıb. Ötən il iyunun 21- Prezident İlham Əliyev Özbəkistan Respublikasında dövlət səfərində olub. Səfər zamanı Azərbaycan Prezidenti Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimində iştirak ediblər.

Mərasimdə Özbəkistan Prezidenti çıxış edib: "Biz hamımız tarixə XX əsrin görkəmli siyasi dövlət xadimi kimi daxil olmuş Heydər Əliyevi yaxşı tanıyırıq. O, bütün həyatını doğma Azərbaycana həsr edib. Ölkə üçün ən ağır illərdə onun taleyinə görə çox böyük məsuliyyəti cəsarətlə öz üzərinə götürüb, müasir dövlətçiliyin əsaslarını arayıb, Azərbaycanda bütün sahələrdə genişmiqyaslı dəyişiklikləri uğurla həyata keçirib. O, həqiqətən müstəqil Azərbaycanın memarı idi".

Hazırda Azərbaycanın Mərkəzi Asiya, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf etdirilir strateji səviyyəyə yüksəldilir. Türkmənistan Prezidentinin Azərbaycana, dövlətimizin başçısı İlham Əliyevin isə Aşqabada səfərləri, həmin səfərlər zamanı aparılan müzakirələr əldə olunmuş razılaşmalar əlaqələrimizin gələcək istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Mərkəzi Asiya xalqları arasında milli mənsubiyyət baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır. Ötən il dekabrın 14- Prezident İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərində səfərdə oldu. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü keçirildi. Azərbaycan Prezidenti görüş zamanı çıxışında qeyd etdi ki, Azərbaycan, Türkiyə Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır: "Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq. Azərbaycanın həm Türkiyə, həm Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır".

Bu il aprelin 5- ölkə başçımız Tacikistan Respublikasında səfərdə oldu. Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun geniş tərkibdə görüşü keçirildi. Görüşdə Azərbaycan Prezidenti xalqlarımız arasında uzunmüddətli fəal qarşılıqlı əlaqələrin mövcudluğunu bildirdi: "Çox sevindirici haldır ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə biz çox möhkəm təməl yaratmağa bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq". Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi oldu.

Mayın 16-da isə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə fərman imzaladı. İmzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək inkişafını müəyyənləşdirir. İmzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək inkişafını müəyyənləşdirir.

Bu gün türk dövlətləri arasında münasibətlərin dərinləşməsində Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm rol oynayırlar. Məhz Azərbaycan Türkiyə liderlərinin səyləri qətiyyəti sayəsində reallaşan Bakı-Tbilisi-Ceyhan boru kəməri 16 ildir ki, Azərbaycan, Türkmənistan Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz olaraq çatdırır.

Ötən il oktyabrın 11- Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak etdilər. Tədbirdə çıxış edən Qırğız Respublikasının Prezidenti dedi: "Məmnuniyyətlə qeyd edirəm ki, cari ildə Qırğız Respublikası Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşıb, strateji tərəfdaşlığının tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu, əsasən Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin şəxsi diqqəti dəstəyi sayəsində mümkün olub".

Bu il mayın 3- ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək bildirdi ki, Azərbaycan Mərkəzi Asiya ölkəsi olmasa da, tarixi mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır: "Bu il ötən ay mən Tacikistan Qazaxıstanda rəsmi səfərdə oldum. Martda Özbəkistan Türkmənistan prezidentləri Azərbaycanda səfərdə oldular. Mən, həmçinin ötən ilin sonunda Qırğızıstanda rəsmi səfərdə oldum. Ötən il mən Özbəkistana 3 dəfə səfər etdim. Beləliklə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında dialoqun necə fəal olduğunu görə bilərsiniz. Bu, çox müsbət dinamikadır. Düşünürəm ki, ümumilikdə, nəsə olacağı təqdirdə ola biləcəyindən asılı olmayaraq, zənnimcə, Mərkəzi Asiya Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir".

Nəzrin CAVADZADƏ,

"Respublika".