SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Sən demə, yemək  seçimimiz tərzimiz...

Psixoloqların fikrincə, qida seçimləri şəxsiyyət xüsusiyyətləri haqqında mühüm ipucları verə bilər. Belə ki, mütəxəssislər qoxu dad hisslərinin beynimizin limbik sistemində işlənməsi səbəbindən bu sistemin duyğu davranışlarımıza təsir etdiyini deyirlər. Onlar düşünürlər ki, eyni sistemdə işlənən dad qoxularla duyğularımız davranışlarımız arasında bağlantı var. İndiyə qədər aparılan bir çox araşdırmaların nəticələri göstərir ki, bənzər şəxsiyyət xüsusiyyətlərinə malik insanlar eyni cür qidalara üstünlük verirlər.

Nəticələrə görə, narsistik insanlar acı ədviyyatlı yeməklərə, emosional insanlar daha çox meyvə tərəvəzə üstünlük verirlər. Həyəcan axtaran macəraçı şəxslərsə, yeni dadları sınamağı xoşlayırlar. Narahat introvert insanlar şirniyyat yeməyə, ekstrovertlər isə ət spirtə meyillidirlər.

Qida seçimimiz kimi, yemək tərzimiz şəxsiyyət xüsusiyyətlərimizlə əlaqələndirilir. Bu mövzuda edilən bir çox araşdırmanın ortaq nəticələri insanların qidalanma tərzinə görə xüsusiyyətləri haqqında ipucu verir. Məsələn, ekstrovert rəqabətə meyilli insanlar adətən sürətli, sakit soyuqqanlı insanlar yavaş-yavaş yemək yeyərkən, mükəmməllikçi şəxsiyyətə sahib olanlar isə süfrə düzümünə yeməyin təqdimatına böyük diqqət yetirirlər.

Yemək seçiminin səbəbi bəzən travmalar ya keçmişdən gələn xatirələrlə əlaqəli ola bilər. Bəzi qidalar bizə keçmişdəki pis təcrübələri xatırlatdığı üçün artıq o qidaları istəməyə bilərik. Bu travmalar qidanın özü ilə birbaşa əlaqəli ola bilər. Məsələn, heyva yeyərkən boğulma təhlükəsi ilə qarşılaşan biri, yəqin ki, bir daha bu meyvəni yemək istəməz. Bəzən isə qida ilə birbaşa əlaqəsi olmayan travma ya baş verən pis hadisə hansısa yeməyi qara siyahıya sala bilər.

 

Qarabaşağı bu cür yeyin ki...

Çoxlarımızın "qreçka" kimi tanıdığı qarabaşaq öz tərkibinə görə unikal qiymətli məhsul hesab edilir. Bütün dənli bitkilər arasında məhz o, tərkibində yüksək miqdarda bitki mənşəli zülal olması ilə qiymətləndirilir. Digər dənli bitkilərə nisbətən qarabaşağın tərkibi manqan, maqnezium dəmir kimi minerallarla daha zəngin olduğu üçün qida mütəxəssisləri səhərlər acqarına kefir ilə çiy qarabaşaq yarması yeməyin orqanizmin sağlamlığı baxımından əla vasitə olduğunu söyləyirlər. Mütəxəssislərin fikrincə, orqanizmi artıq lazımsız toksinlərdən təmizləyən bu qida pəhriz saxlayanlar üçün əla seçimdir.

Mədəaltı vəzi, qaraciyər digər həyatı vacib orqanlar üçün faydalı olan qarabaşaq kefirlə qarışdırıldıqda, bişmiş hal alır. Hətta bişirilmiş qarabaşaqdan belə dadlı olur.

Bir neçə həftə sonra bu qarışımın nəticəsini görmək olar. Hətta həftədə bir dəfə bu qarışımdan səhər yeməyində istifadə etsəniz, mədəaltı vəzi, qaraciyər digər orqanlarda faydasını görəcəksiniz.

Dietoloqlar qarabaşağı buğdaya sağlam alternativ hesab edirlər. Buna səbəb digər dənli bitkilərlə müqayisədə onun tərkibindəki antioksidantların daha yüksək kalorisinin aşağı olmasıdır.

İnformasiyanı posta.com.tr saytı yayıb.

 

Bu problem insult riskini artırır

İsveçin Lund Universitetinin alimləri müəyyən ediblər ki, psixi sağlamlıq problemi olan depressiyadan əziyyət çəkən insanların insult keçirmə riski daha yüksəkdir.

"Neurology" jurnalında dərc edilən araşdırmaya görə, insult keçirmiş insanların bu problemi olmayanlara nisbətən depressiya riski 46 faiz daha çoxdur. Tədqiqat zamanı həmçinin məlum olub ki, depressiyaya düşmüş insanların insultdan sonra sağalmağı da daha çətindir.

İnsult-beyin-qan dövranının kəskin pozulmasına deyilir. Hər il dünyada 16-17 milyon insan insult keçirir. Bu xəstəlikdən ölüm halları 30-35 faiz təşkil edir. Beyin insultu ömürlük əlilliyə səbəb olacaq xəstəlik kimi dünyada birinci yerdə durur.

İnsultla bağlı digər bir araşdırmanın nəticələri isə göstərib ki, həmçinin depressiya, bipolyar pozğunluq mövsümi affektiv pozğunluqla əlaqəli genlərə sahib insanların insult keçirmə ehtimalı daha yüksəkdir. Mütəxəssislərin fikrincə, insanların əhvali-ruhiyyə pozğunluğu ilə əlaqəli genləri araşdırılarsa, onlarda insult riskini artıran faktorların qarşısı daha tez alına bilər.

 

Qəhvənin daha bir faydası bəlli oldu

İngiltərəli alimlər qəhvənin daha bir faydasını ortaya çıxarıblar. Belə ki, elm adamları müəyyən ediblər ki, kofein piylənmə 2-ci tip diabet riskini azaldır.

Gündə orta hesabla 70-150 milliqram kofein istehlak etməyin faydaları ilə bağlı əvvəlki tədqiqatlara əsaslanan elm adamları bəzi genlər üzərində araşdırma apararaq kofeinin maddələr mübadiləsini sürətləndirdiyini, iştahanı azaltdığını piyləri yandırmağa kömək etdiyini ortaya çıxarıblar.

Tədqiqatçılar qanda kofein səviyyəsinin yüksəlməsinin bədənə toplanan yağların azalmasına səbəb olmaqla yanaşı, eyni zamanda 2-ci tip diabet riskini azaltdığını söyləyirlər.

"Tədqiqat zamanı qanda kofein səviyyəsinin yüksək olmasının potensial faydaları ortaya çıxdı. Lakin araşdırmamızın nəticəsi daha çox qəhvə içməli olduğumuzu göstərmir. Bundan əlavə, tərkibində şəkər olan kofeinli içkilərin istehlakı kofeinin yaratdığı pozitiv effekti azaldır", - deyə Exeter Universitetinin professoru, tədqiqat rəhbəri dr. Katarina Kos qeyd edib.

"BMJ Medicine" tibb jurnalında dərc edilən araşdırmada bu mövzu ilə bağlı daha ətraflı tədqiqatlara ehtiyac olduğu bildirilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".