DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ UKRAYNAYA 2,1 MİLYARD DOLLARLIQ YENİ HƏRBİ YARDIM PAKETİNİ AÇIQLAYIB

ABŞ hakimiyyəti Ukraynaya əlavə hava hücumundan müdafiə sursat daxil olmaqla 2,1 milyard dollarlıq yeni hərbi yardım paketi təqdim etmək qərarına gəlib. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Pentaqonun yaydığı bəyanatda qeyd olunur.

Məlumata əsasən, yardım çərçivəsində silahlar ABŞ tərəfindən istehsalçılardan ya tərəfdaşlardan alınaraq Ukraynaya təhvil veriləcək. Söhbət xüsusiləHawkzenit-raket sistemlərindən, 105 mm 203 mm çaplı artilleriya mərmilərindən, “Pumapilotsuz təyyarələrindən, lazer yönləndirmə sisteminə malik raket sistemlərindən gedir.

Eyni zamanda, ABŞ tərəfi Ukrayna hərbçilərinə texnikanın hazırlanmasında yardım edəcəklər.

Bununla yanaşı, ABŞ müttəfiqləri tərəfdaşları ilə bilikdə Ukraynanın təcili döyüş ehtiyaclarının uzunmüddətli təhlükəsizlik yardımları tələbatının ödənilməsi istiqamətində işləməyə davam edəcək.

 

ÇİN ABŞ-ı İZLƏMƏK ÜÇÜN KUBADA CASUS STANSİYASI YERLƏŞDİRMƏYİ PLANLAŞDIRIR

Çin KubadaABŞ-ın cənub-şərqində elektron mesajları dinləməyə ələ keçirməyəimkan verəcək kəşfiyyat obyekti yerləşdirməyi planlaşdırır. Bu barədəSputnikinformasiya agentliyiciddi məxfi məlumatlarla tanış olanmənbələrə əsaslanan ABŞ-ınThe Wall Street Journalnəşrinə istinadən məlumat yayıb.

Eyni zamanda, nəşr qeyd edib ki, kəşfiyyat obyekti ABŞ hərbi gəmilərinin hərəkətinə nəzarət etməyə imkan verəcək.

Verilən xəbərə görə, sözügedən

obyekt bir sıra ABŞ hərbi bazalarının olduğu Florida ştatından 160 kilometr məsafədə yerləşə bilər.

Xatırladaq ki, bir müddət öncə ABŞ Milli Kəşfiyyatının rəhbəri Evril Heyns əminliklə bildirib ki, Çin Rusiya yaxın illərdə yaxınlaşacaq ABŞ-ın bu vəziyyətə təsir etmək şansı olduqca azdır.

 

RATİ BREQADZE: RUSİYAYA SANKSİYALARDAN YAN KEÇMƏYƏ KÖMƏK ETMİRİK

Gürcüstan beynəlxalq sanksiyalara əməl  edir heç kimə məhdudlaşdırıcı tədbirlərdən yan keçməyə yardım etmir. “Reportun məlumatına görə, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.

Faktların heç biri təsdiqini tapmayıb. Əksinə, dəfələrlə göstərilib ki, Gürcüstan kiməsə sanksiyalardan yan keçməyə kömək etmir, üstəlik, onların təmin olunmasına yardımçı olur. Bu, hər kəsin maraqlarına uyğun olmalıdır”, - deyə Rati Breqadze diqqətə çatdırıb.

Bununla yanaşı, gürcüstanlı nazir həmçinin bir daha vurğulayıb ki, uçuşların bərpası barədə qərar Rusiya tərəfindən birtərəfli qaydada verilib rəsmi Tbilisi bunda qəbahət heç görmür.

Gürcüstan vətəndaşının ölkəsinə gəlməsi asanlaşdıqda, o, pula vaxta qənaət edəcək. Biz bunda pis heç görmürük. Bizim tərəfimizdən başqa kontekst yoxdur”, - deyə nazir vurğulayıb.

 

BMT-dən OKEAN DƏNİZ SAHİLİNDƏ YAŞAYANLARA XƏBƏRDARLIQ

BMT qlobal istiləşmənin okean dəniz kənarında yaşayanlara mümkün dağıdıcı təsirləri haqda xəbərdarlıq edib. Bu barədəSputnikinformasiya agentliyi məlumat yayıb.

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) açıqlamasına görə, 2022-ci ildə qlobal istiləşmə sənayeləşmədən öncəki dövrlə müqayisədə 1,15 dərəcə artıb son səkkiz il müşahidələr tarixinin ən isti dövrü kimi qeydə alınıb.

Qlobal istiləşmə nəticəsində buz təbəqələrinin əriməsi okean dənizlərdə su səviyyəsinin yüksəlməsinə öz təsirini göstərir.

Bununla yanaşı, ÜMT-nin hesabatında qeyd edilir ki, ötən il dəniz səviyyəsinin artım tempi son 30 ilin ən yüksək səviyyəsinə çatıb. Bu göstərici 1993-2002-ci illər ərzində orta hesabla ildə 2,27 millimetr, 2003-2012-ci illərdə 3,3 millimetr, 2013-2022-ci illərdə isə 4,62 millimetr təşkil edib. Buna insan fəaliyyəti nəticəsində atmosferə atılan karbon qazının artması səbəb olub.

Beləliklə, müşahidələrin aparıldığı son 30 ilin üçüncü on ilində dəniz səviyyəsinin artım tempi ilk on illə müqayisədə iki dəfə çoxdur. Hazırkı temp davam edərsə, 2100- ilədək okeanlarda suyun ümumi səviyyəsinin 1-1,6 metr arasında yüksələcəyi ehtimal edilir.

 

İSVEÇİN TÜRKİYƏYƏ QARŞI SAXTAKARLIĞI İFŞA OLUNDU

Türkiyənin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün terror qanununu dəyişdirən İsveç bu çərçivədə ilk dəfə deportasiya qərarı qəbul edib. “Teleqraf.comunYeni Şafakqəzetinə istinadən verdiyi xəbərə görə, İsveç Ali Məhkəməsi ötən günlərdə 35 yaşlı Mehmet Kokulunun Türkiyəyə ekstradisiyasına razılıq verib.

 Məlumata əsasən, Türkiyəyə ekstradisiya edilən M.Kokulunun PKK terror təşkilatı ilə əlaqəsinə görə yox, narkotik qaçaqmalçılığına görə mühakimə olunduğu üzə çıxıb

Bildirilir ki, 2018-ci ildə İsveçə gəldiyini deyən müttəhim o vaxtdan icazəsi ilə burada yaşadığını söyləyib. Narkotik ticarətinə görə mühakimə olunan Kokulu məhkəmədəki müdafiəsini İsveçin deportasiya qərarını geri götürməsi üçün dəyişdirib.

ÖzünüHDP-PKK-çıadlandıran Kokulu kürd olduğunu kürdlərin mübarizəsi üçün çalışdığını iddia edib. Müttəhim ekstradisiya edilməmək üçün daha da irəli gedərəkFETÖüzvü olduğunu vurğulayıb. Kokulunun bu iddiasına baxmayaraq İsveç Ali Məhkəməsi qərarı ləğv etməyib.

 

BRİKS-in VAHİD VALYUTASI DOLLARIN ÇÖKMƏSİNƏ SƏBƏB OLA BİLƏR

BRİKS ölkələrinin öz valyutalarını dövriyyəyə buraxması dollara qarşısıalınmaz ziyan vura ABŞ iqtisadiyyatının çökməsinə səbəb ola bilər. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş müşaviri Ceyms RikardsThe Daily Reckoningjurnalında dərc olunan məqaləsində bildirib.

Keçmiş müşavir həmçinin vurğulayıb ki, BRİKS-in yeni valyutası Qərbin hegemonluğu üçün ciddi təhlükə yaradacaq. Eyni zamanda, ABŞ-ın davamlı sanksiya təzyiqi səbəbindən digər dövlətlər dollardan imtina edə bilərlər.

Ceyms Rikards əlavə edib ki, bu, son nəticədə ABŞ valyutasına inamın çökməsinə gətirib çıxaracaq. Hazırda isə bütün dünya beynəlxalq valyuta sisteminisilkələyəbiləcək BRİKS-in inkişafını izləyir.

Xatırladaq ki, bir müddət öncə ABŞ-ın keçmiş konqresmeni Ron Pol bildirmişdi ki, BRİKS ölkələri dolların qlobal dominantlığına artıq zərbə vurub. O əlavə edib ki, tezliklə bütün ölkələr ABŞ valyutası ilə hesablaşmalardan imtina etməyə başlayacaq.

 

RUSİYA ÇİN BİRGƏ HƏRBİ TƏLİMLƏR KEÇİRƏCƏK

Rusiya hərbçiləri Çinin təşkil etdiyiŞimal. Qarşılıqlı əlaqələr-2023” təlimlərində iştirak etməyi planlaşdırır. “Report”  agentliyinin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Eyni zamanda qeyd edilir ki, Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının üzvü, ÇXR Mərkəzi Hərbi Şurasının Birləşmiş Qərargah rəisi, general-polkovnik Lyu Cenli ilə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov arasında telefon danışığı olub.

Tərəflər dövlət başçılarının əldə etdiyi konsensusun həyata keçirilməsi iki ölkənin hərbçiləri arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə Çin Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Bununla yanaşı, açıqlamada vurğulanır ki, rəsmi Moskva PekinŞimal. Qarşılıqlı əlaqələr-2023” hərbi təlimlərinin birgə keçirilməsi barədə razılığa gəliblər Rusiya tərəfi iştirakını təsdiqləyib.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.