Artıq Lerikin də futbol komandası var
İdman

Artıq Lerikin də futbol komandası var

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə Lerik  rayon futbol komandasının prezidenti Famil Məmmədov ilə görüşüb.

“Respublika” xəbər verir ki, görüş zamanı regionda futbolun inkişaf məsələləri müzakirə edilib.

Həmçinin Teymur Babazadə dövlətimizin daim idmana olan qayğısından söhbət açıb, rəhbərlik etdiyi regional idarənin də futbolun inkişafına həmişə dəstək göstərməsinə hazır olduğunu bildirib.

Görüşdə eyni zamanda regional idarənin rəisinə qonaq tərəfindən Lerik rayonu futbol komandasının  simvolik idman geyimi hədiyyə olunub.

Onu da qeyd edək ki, Lerikdə futbol komandasının təşkili rayon sakinlərinin böyük sevincinə səbəb olub.

Zəfər ORUCOĞLU, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü