AZƏRBAYCAN PENSİYANIN ALICILIQ QABİLİYYƏTİNƏ GÖRƏ MDB ÖLKƏLƏRİ VƏ GÜRCÜSTAN ÜZRƏ SIRALAMADA İLK YERDƏDİR
Sosial həyat

AZƏRBAYCAN PENSİYANIN ALICILIQ QABİLİYYƏTİNƏ GÖRƏ MDB ÖLKƏLƏRİ VƏ GÜRCÜSTAN ÜZRƏ SIRALAMADA İLK YERDƏDİR

Azərbaycan minimum orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış beynəlxalq dollar ifadəsində MDB ölkələri Gürcüstan üzrə sıralamada ilk yeri tutmaqda davam edir.

Bu barədə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr kommunikasiya şöbəsindən verilən məlumata görə,   minimum orta aylıq pensiyanın nominal məbləğlərinə görə isə həmin sıralamada ikinci yerdədir.

Qeyd olunur ki, son 5 ildə ölkəmizdə aparılan ardıcıl sosial islahatların tərkib hissəsi olaraq minimum pensiyanın 2,5 dəfə artırılaraq 280 manata, orta aylıq pensiyanın iki dəfə artaraq 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 456 manata çatmasına nail olunub.

"Respublika".