Dünya birliyi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına dəstək verməlidir
Diaspora

Dünya birliyi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına dəstək verməlidir

Almaniya

XX əsrin bəlası - Deportasiya

Ermənilər tarixən türk xalqlarına qarşı düşmənçilik mövqeyində olmuşlar. 1872-1881-ci illərdə Türkiyədə gizli erməni təşkilatı, 1887-ci ildə "Hnçaq", 1890-cı ildə "Daşnaksütyun" partiyası yaradılıb. Onlar Türkiyəyə qarşı müharibə aparanlara müxtəlif yollarla kömək etmiş, Türkiyənin məğlubiyyətinə çalışmışlar.

Ermənilərin bu "xidməti"nin əvəzində 1828-ci ildə İrandan 40 min, 1829-cu ildə Türkiyədən 90 min erməni gətirilib İrəvan-Naxçıvan xanlığı ərazisində yerləşdirildi. 20 mart 1828-ci ildə həmin xanlıqların ərazisində erməni vilayəti elan edildi. Halbuki, o vaxta qədər bu vilayətdə 1114 kənddən ancaq 62-sində ermənilər yaşayırdı. Qəsdən dağıdılmış, əhalisi qırılmış 359 müsəlman kəndində ermənilər məskunlaşdırıldı. Bunun nəticəsi idi ki, 1918-ci ildə bu ərazidə ermənilər 775, azərbaycanlılar isə 575 min nəfər təşkil edirdi.

Ermənilərin sayı çoxaldığından Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı amansız qırğınlar törətməyə başladılar. Erməni zülmündən qurtarmaq üçün Amasiya, Vedibasar, Dərələyəz, İrəvan, Zəngəzur və digər ərazilərdən azərbaycanlılar İrana, Türkiyəyə qaçmalı oldular.

Müsəlmanların pərakəndə qırğınları ilə kifayətlənməyən ermənilər 1917-ci ildə Qarsda 35 min nəfərlik qoşun korpusu yaradaraq üç diviziyaya böldülər. Bir neçə polkdan ibarət olan diviziyalara Arisyan başçı təyin olundu. Arisyan İrəvanətrafı rayonları, Silikyan Göyçə gölü ətrafını, Andranik isə Zəngəzuru və digər yerləri zəbt etməli idi. İrəvanda 20 min müsəlman əhali amansızlıqla qətlə yetirildi, ətraf rayonlarda ermənilər 150 kəndi dağıdıb əhalisini qırdılar. Günahsız insanları damlara doldurub yandırdılar. Tək Vedi rayonunda erməni vandalları 45 kəndi dağıtmış, Millidərə, Çanaxçıdərə zonalarında 17 kəndin əhalisinə qanlı divan tutulmuşdur. Göyçə gölü ətrafı rayonlarda 150 kəndin əhalisi məhv edilmişdir. Bayazid rayonunun Bığlı, Ağqala, Ağzıbir kəndlərinin əhalisi qışın boranlı günlərində Göyçə gölünə doldurulmuş, onlar faciəli surətdə həlak olmuşlar.

1917-ci ilin iyun ayında Türkiyə erməniləri qatı millətçi Stepan Şaumyanı özlərinə başçı seçmişlər. V.İ.Lenin isə 1917-ci ilin 29 dekabrında dekret qəbul edərək erməniləri müsəlmanlardan müdafiə adı ilə qoşun hissəsi təşkil etməyə şərait yaratdı. S.Şaumyanın göstərişi ilə bir çox yerlərdə, o cümlədən Qərbi Azərbaycanda soydaşlarımıza qarşı qırğınlar törədildi.

1918-ci ildə indiki Ermənistanın 575 min nəfər müsəlman əhalisi olduğu halda, 1920-ci ilin noyabrında burada ancaq 12 min azərbaycanlı qalmışdı.

Sovetləşmədən sonra Qərbi Azərbaycanda ermənilər xan, ağa, bəy, molla, millətçi və başqa adlarla minlərlə azərbaycanlıları şərləyərək məhv etmişlər. Sovetləşmədən sonra sağ qalmış soydaşlarımızı ermənilər Martuni, Bayazid, Gərni Əştərək, Talin, Cəlaloğlu və bir neçə digər rayonlardakı ata-baba yurdlarına buraxmadılar.

Kollektivləşmə zamanı kolxoza yazılmaqdan boyun qaçırdıqlarına görə və digər bəhanələrlə Basarkeçər rayonundan 25, Vedi rayonundan 28 azərbaycanlı güllələndi. Vedi rayonunun Alməmməd kəndində yaşayan 80 ailə 1932-ci ildə bir gecədə Araz çayı ilə Türkiyəyə qaçan neçə-neçə soydaşımız Araz çayında boğuldu. 1937-ci ildə "kolxozun inkişafına mane oldular deyə" Basarkeçər rayonundan 157 nəfər həbs edildi. 1942-ci ilin oktyabr ayında Basarkeçərin kolxoz bazarında minlərlə insanın gözü qarşısında 18 nəfər azərbaycanlı güllələndi.

1948-1953-cü illərdə bir çox tədbirlər görülsə də, Qərbi Azərbaycanda yaşayan həmvətənlərimizin kəskin mübarizəsi nəticəsində soydaşlarımızın kökünü Ermənistandan kəsə bilmədilər.

Moskvadakı ermənipərəst qüvvələr 1948-1953-cü illərdə "könüllülük" prinsipi ilə 150 min azərbaycanlını ata-baba yurdlarından deportasiya etdilər. Azərbaycanın isti rayonlarına köçürülən əhalinin çoxu iqlim şəraitinə dözə bilmədi...

Ermənilər Qərbi azərbaycanlılara qarşı məkrli niyyətlərini XX əsrin ayrı-ayrı dövrlərində mərhələ-mərhələ həyata keçirdilər.

1988-ci ildə Qərbi Azərbaycandakı faşist xislətli ermənilər daha da azğınlaşdı. Onlar uydurma Qarabağ məsələsini ortaya atmaqla beyni boş, ermənipərəst Qorbaçovu ələ aldılar. Qışın tüğyan etdiyi bir zamanda Qərbi azərbaycanlılar zülm və işgəncə ilə doğma torpaqlarından qovuldular. Sonuncu deportasiyada 300 minə yaxın azərbaycanlı doğma yurdlarından didərgin salındı. Moskva isə bu ədalətsizliyə göz yumdu.

Qərbi azərbaycanlıların doğma torpaqlarından qovulmasından 36 il keçir. Qərbi azərbaycanlılar əminliklə inanırlar ki, Vətən müharibəsində tarixi qələbədən sonra yeni hədəf Qərbi Azərbaycana qayıdışdır. Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunması və isti ocaqlarına qayıtmaları üçün Qərbi Azərbaycan İcmasında məqsədyönlü iş aparılır. Mən tibb işçisi kimi hazırda Almaniyada çalışıram. Qürur hissi ilə deyə bilərəm ki, 2023-cü ilin may ayında Almaniyanın Berlin şəhərində Qərbi Azərbaycan İcmasının təşəbbüsü ilə Qərbi azərbaycanlılarla bağlı konfrans keçirildi. Bu toplantıda haqq səsimiz dünyaya çatdırıldı. Bu tarixi konfrans həm də erməni təbliğatına ağır zərbə vurdu.      

Aynur RZAYEVA,

Almaniyanın Hausen şəhərində həkim.