Edqars Rikeviçs Latviya Prezidenti kimi fəaliyyətə başlayıb
Dünya xəbərləri

Edqars Rikeviçs Latviya Prezidenti kimi fəaliyyətə başlayıb

Edqars Rikeviçs Latviyanın Prezidenti kimi fəaliyyətə başlayıb. 

Respublikaxəbər verir ki, bunu Prezident özü bu gün Latviya Parlamentində çıxışı zamanı deyib. 

O, yeni prioritetlərini diqqətə çatdırıb: "Prezidentliyim müddətində müasir və güclü Latviyanın yaradılması, hüquqi və ədalətli Latviya, xalqın rifahı, inklüziv və hörmətli cəmiyyətin müdafiəsi üçün əlimdən gələni edəcəyəm. Hamımız birlikdə çalışaraq, buna nail ola bilərik. Korrupsiya, cinayət və kartellərlə mübarizə milli prioritet olmalıdır. Eyni zamanda, hər bir səs-küylü cinayət məhkəməsinin niyə uğursuzluqla nəticələndiyini və niyə hər bir hökmün cavabdan daha çox suallar doğurduğunu başa düşməliyik. Ədalətli fəaliyyət göstərən və qərarlarını izah edən güclü və müstəqil məhkəmə sistemi, peşəkar və operativ hüquq-mühafizə orqanları ölkənin demokratik əsaslarının möhkəmlənməsi üçün vacibdir".

Qeyd edək ki, Edqars Rinkeviçis bundan öncə Latviyanın xarici işlər naziri postunda çalışıb. 

Nəzrin ELDARQIZI, 

“Respublika”.