Laçın sakini:
MÜSAHİBƏLƏR

Laçın sakini: "Kədər göz yaşları ilə çıxdığımız Laçına sevinc göz yaşları ilə qayıtmışıq"

Otuz bir illik həsrətimiz sona çatdı. Doğma yurdumuzu azad gördüyümüz üçün böyük sevinc hissləri keçiririk. Kədər göz yaşları ilə çıxdığımız Laçına sevinc göz yaşları ilə qayıtmışıq.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Laçına qayıdan keçmiş məcburi köçkün Şəfəq Verdiyeva deyib.

"Bizim uşaqlıq illərimiz Laçında keçib, valideynlərimiz burada yaşayıblar. Düzdür, onlar rəhmətə gediblər. Allah qalanlara cansağlığı versin ki, burada qurub-yaratsınlar. Allah Prezidentimizi, əsgərlərimizi qorusun ki, bu günü bizə yaşatdılar. Laçının gözəl təbiəti, Həkəri çayı üçün darıxmışdıq", - deyə o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. İyunun 14- növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Laçına yola salınıb daha 22 ailə - 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb. Bundan əvvəl isə Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülmüşdü.