Ulu öndərin əziz xatirəsi ehtiramla anılıb
Sosial həyat

Ulu öndərin əziz xatirəsi ehtiramla anılıb

Ədliyyə Nazirliyindən verilən məlumatda bildirilir ki, 16 mayda "Heydər Əliyev İli" çərçivəsində Biləsuvar Rayon Məhkəməsinin və rayonda fəaliyyət göstərən yerli ədliyyə qurumlarının kollektivləri Ulu Öndərin 100 illiyi münasibətilə Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzini ziyarət edib, Ümummilli Liderin çoxşaxəli irsinə həsr olunan fotolarla və sərgi ilə tanış olub, dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən filmə baxıblar.

Həmçinin, hakim və ədliyyə işçilərinin iştirakı ilə rayon ərazisində ağacəkmə aksiyası keçirilib.

“Respublika”.