Ekologiya

"Azərsu" kollektivi ağacəkmə aksiyasında  

Təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına qayğı  xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023- ilin  ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar "Azərsu" ASC-nin Tədbirlər Planına uyğun ağacəkmə aksiyaları davam etdirilir. "+ 82 Masazır" su anbarı  ərazisində təşkil  olunmuş növbəti ağacəkmə aksiyasında Abşeron yarımadasının iqliminə uyğun müxtəlif növ ağaclar əkilib. Ağacəkmə aksiyasında Səhmdar Cəmiyyətin kollektivi fəal iştirak edib.

Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

"Respublika".