Brüssel görüşü:  Azərbaycanın növbəti diplomatik uğuru
Siyasət

Brüssel görüşü:  Azərbaycanın növbəti diplomatik uğuru

İkinci Qarabağ müharibəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnməsi Cənubi Qafqazda yeni reallıqların yaranmasına səbəb oldu. Bu reallıqlar isə ölkəmizin bölgədə lider dövlətə çevrilməsini təmin etdi. Belə ki, 30 il torpaqları Qərb qonşusu tərəfindən işğal altında saxlanılan Azərbaycan artıq regionda söz sahibi, irimiqyaslı layihələrin təşəbbüskarı icraçısıdır. Yalnız Cənubi Qafqazda deyil, bütün dünyada Prezident İlham Əliyevin fikirlərinə hörmətlə yanaşılır, etdiyi təşəbbüslər təqdir olunur. Lakin qarşı tərəf müharibədən iki ildən çox vaxt keçməsinə baxmayaraq, hələ özünü məğlub, Azərbaycanı isə qalib ölkə olaraq qəbul etmək istəmir. Ermənistanın bu mövqeyi isə regionda sülhün, təhlükəsizliyin bərqərar olmasına mane olur.

Prezident İlham Əliyevin iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar beynəlxalq vasitəçilər tərəfindən dəstəklənir. Belə ki, 2021-ci il dekabrın 14-, ötən il isə aprelin 6-da, mayın 23- avqustun 31- Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşlər keçirilmiş, sülhün əldə olunmasına ciddi səy göstərilmişdir. Azərbaycan Ermənistan liderlərinin görüşlərinə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin vasitəçilik etmiş, 2021-ci il yanvarın 11- Moskvada, noyabrın 26-da Soçidə ötən il oktyabrın 31- yenə Soçidə Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşü baş tutmuşdur.

İkinci Qarabağ müharibəsindən sonra iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində aparılan görüşlər ötən il oktyabrın 6-da Praqada, "Avropa Siyasi Birliyi"nin birinci Zirvə Toplantısında davam etdirilmiş, bu dəfə Fransa Prezidenti Emmanuel Makron da vasitəçilər sırasına qoşulmuşdur. ABŞ Dövlət katibi Antoni Blinkenin moderatorluğu ilə keçirilən görüş bu il fevralın 18- Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmişdir. Bütün bu görüşlərdə müzakirələr zamanı müəyyən irəliləyişlər əldə olunsa da, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində regionda sülhün təmin olunması məsələsində razılıq əldə olunmamışdır.

Mayın 14- iki ölkə arasında sərhəddə yenidən gərginliyin artması fonunda Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan görüşüblər. Liderlər arasında məsələlərin müzakirəsindən əvvəl Şurasının prezidenti həm Nikol Paşinyan, həm İlham Əliyevlə ikitərəfli görüş keçirib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ikitərəfli görüşlərdən sonra mətbuata bəyanatla çıxış edərək sülh sazişi istiqamətində mühüm irəliləyişlərin əldə edildiyini bildirib. Qeyd edib ki, sülh müqaviləsi üzrə ABŞ-da aparılan son müsbət danışıqlardan sonra Ermənistan Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qətiyyətli addımların atılması sürəti qorunmalıdır. Tərəflər 1991-ci il "Almatı Bəyannaməsi" əsasən Ermənistanın (29,800 kvadratkilometr) Azərbaycanın (86,600 kvadratkilometr) müvafiq ərazi bütövlüyünə birmənalı öhdəlik götürməklə, qarşılıqlı dövlət sərhədinin demarkasiyası üzrə ikitərəfli danışıqları bərpa etməyə razılaşıblar.

Şarl Mişel Ermənistanın cənubundan keçməklə Azərbaycan onun Naxçıvan ərazisi arasında əlaqə məsələsində irəliləyişin olduğunu bildirib qeyd edib ki, tərəflər Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması məsələsində bir-birinə çox yaxınlaşıblar. İşçi qruplarına dəmir yolu əlaqələrinin açılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırılıb, lazımi tikinti işlərinin konkret qrafiklə birlikdə həyata keçirilməsi, həmçinin bu işin dəstəklənməsi üçün Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəlinib.

prezidenti, həmçinin azaraq qarşı tərəfə keçən əsgərlərin azad ediləcəyinə dair qarşılıqlı anlaşmanın vacibliyinin vurğulandığını bildirib yaxın günlərdə onların azad ediləcəyinə əminliyini ifadə edib. O, Brüsseldə iyul ayında keçiriləcək üçtərəfli formatda növbəti görüşdən əvvəl, iyun ayının 1- Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin Moldovada "Avropa Siyasi Birliyi"nin ikinci Sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şoltsla da görüşəcəklərini açıqlayıb.

Avropa İttifaqı Şurasının Prezidenti ümumilikdə üçtərəfli görüşdə liderlərin Cənubi Qafqazın sülh şəraitində yaşaması üçün ümumi istəklərini bölüşdüklərini bildirib onların fikir mübadilələrini açıq nəticəyönümlü olaraq xarakterizə edib.

Sayca beşinci Brüssel görüşündə liderlər Ermənistan Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələri irəli sürmək barədə razılığa gəlmiş, sərhədlərin delimitasiyası sərhəd təhlükəsizliyi üzrə komissiyanın işə başlayacağını, xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşəcəklərini bildirmişlər. Görüşdə iki ölkənin ərazilərinin konkret qeyd olunması isə faktiki olaraq Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul etməsi, Azərbaycanın isə Ermənistandan heç bir əraziyə iddia etməməsi anlamına gəlir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Brüssel görüşü Azərbaycanın diplomatik uğurunun növbəti mərhələsidir.

Mehparə ƏLİYEVA,

"Respublika".