“Gənclərin Sosial Şəbəkə Akademiyası” mövzusunda təlim keçirilib
Sosial həyat

“Gənclərin Sosial Şəbəkə Akademiyası” mövzusunda təlim keçirilib

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı ilə Gənclər Paytaxtı Mingəçevirdə respublikanın 18 regionundan olan 100 gəncin iştirakı ilə “Gənclərin Sosial Şəbəkə Akademiyası” keçirilib.

21 iyun GİN-dən bildirilir ki, Akademiyanın məqsədi gəncləri sosial şəbəkə və media sahələrində savadlılığını artırmaq, peşəkar təlimçilər tərəfindən onları maraqlandıran suallara cavab tapmaqdır.

Gənclər düşərgəsi çərçivəsində iştirakçıların əvvəlcə gənclər və idman naziri Fərid Qayıbovla, daha sonra Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovla görüşləri baş tutub. “Kibertəhlükəsizlik”, “Şəxsi brendinq”, “Hesablarının idarə edilməsi”, “Sosial Media Marketinqi" (SMM), “Kreativ düşüncə”; “Linkedin”, “Twitter”, “TikTok” platformaları,  “Hədəf auditoriyasının düzgün seçilməsi” mövzusunda təlimlər, sosial şəbəkələrdə olan məşhur simalar ilə müzakirələr keçirilib.

“Respublika”.