Külək turbinlərindən alınan elektrik İrlandiyada rekord qırdı
Maraqlı

Külək turbinlərindən alınan elektrik İrlandiyada rekord qırdı

Külək turbinlərindən alınan elektrik İrlandiyada rekord qırdı, ödənişlər yüzdə 72 azaldı.

"Respublika" xəbər verir ki, bu barədə İrlandiya Külək Enerjisi İnstitutunun (WEI) Xarici Əlaqələr Direktoru Kastin Moran bildirib ki, bu inkişaf İrlandiyanın külək stansiyaları üçün böyük uğurdur. 

Belə ki, ada ölkəsi olaraq külək turbinlərinə böyük sərmayə qoyan İrlandiyada ilk dəfə külək enerjisindən əldə edilən davamlı elektrik, ölkədəki istehlak nisbətini aşaraq rekord qırıb. Təxminən 5 milyon əhalisi olan İrlandiyada baş verən  "Agnes" fırtınasından sonra ilk dəfə olaraq külək enerjisindən əldə etdiyi elektrik enerjisi ölkədəki tələbatı üstələyib.

Ötən çərşənbə axşamı ölkəyə təsir edən "Aqnes" fırtınası münasibəti ilə külək turbinləri yüksək məhsuldarlıqla işləyərək bir gündə 3642 meqavat (MVt) elektrik enerjisi istehsal edib.