“Neftçi” futbol klubu Türkiyədə ilk yoxlama oyununa çıxacaq
İdman

“Neftçi” futbol klubu Türkiyədə ilk yoxlama oyununa çıxacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən “Neftçi” futbol klubu bu gün ilk yoxlama oyununa çıxacaq.

Klubdan "Respublika"ya verilən məlumata görə, "ağ-qaralar" 1-ci liqa təmsilçisi "Ərzurumspor"la qarşılaşacaq.

Bakı vaxtilə saat 18:00-da start götürəcək oyun "Qloria Sport Arena"da keçiriləcək.

Qeyd edək ki, Miodraq Bojoviçin rəhbərlik etdiyi komanda yanvarın 14-dək Antalyada hazırlıqlarını davam etdirəcək.