Son dövrlər Avropa Şurası ilə Ali Məhkəmə arasında səmərəli əməkdaşlıq münasibətləri qurulub
Digər xəbərlər

Son dövrlər Avropa Şurası ilə Ali Məhkəmə arasında səmərəli əməkdaşlıq münasibətləri qurulub

Mayın 22- ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan Hüquqları Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Ciakomopoulos Siyasi Məsələlər Xarici Münasibətlər üzrə Direktoratlığın rəhbəri Papa Miroslav Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə çıxış edən Ali Məhkəmənin sədri İnam Kərimov Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində aparılan islahatlardan danışıb. Son dövrlər Avropa Şurası ilə Ali Məhkəmə arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətlərindən söz açıb.

Bildirib ki, məhkəmə sahəsində qanunvericilik daim təkmilləşir, Avropa standartlarına tam uyğunlaşdırılır. Bu da ədalət mühakiməsinin səmərəliliyinin artmasına mühüm töhfə verir.

Xristos Ciakomopoulos isə çıxışında Azərbaycanda məhkəmə-hüquq sahəsində görülən işləri yüksək dəyərləndirib, ölkəmizlə Avropa Şurası arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.