Türkiyədə meşə yanğınları davam edir
Dünya xəbərləri

Türkiyədə meşə yanğınları davam edir

Türkiyənin Çanaqqala, Antalya və Hatay bölgələrində meşə yanğınları başlayıb.

"Respublika" xəbər verir ki, Çanaqqaladakı yanğın 16,5 saata, Antalyadakı yanğın isə 2 saata nəzarətə götürülüb.

Hataydakı yanğının söndürülməsi istiqamətində işlər isə davam edir.

Qeyd edək ki, Çanaqqalada baş verən yanğın nəticəsində 1100 hektar əraziyə ziyan dəyib. 

Nəzrin ELDARQIZI,

"Respublika".