Hindistanın şimalında daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 67-yə çatıb.
Dünya xəbərləri

Hindistanın şimalında daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 67-yə çatıb.

Hindistanın şimalında güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 67 nəfərə çatıb.

“Respublika” xəbər verir ki, bu barədə “Anadolu agentliyi” məlumat yayıb.

Qeyd edək ki, ölkənin şimalındakı Himaçal Pradeş əyalətində güclü yağış və küləklər 4 gündür ki, davam edir.

Musa Bağırlı,

“Respublika”.