Misir parlamentinin sabiq birinci vitse-spikeri, Seyyidlər İttifaqının sədri Seyyid Mahmud Şərifdən
Məktublar

Misir parlamentinin sabiq birinci vitse-spikeri, Seyyidlər İttifaqının sədri Seyyid Mahmud Şərifdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

8 Noyabr – Zəfər Günü münasibətilə Sizə iftixar hissi ilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Bu Qələbə ilə qardaş Azərbaycan beynəlxalq səviyyədə tanınmış torpaqlarını geri qaytarmışdır. Qazanılan Zəfər həm Azərbaycanın, həm də bütövlükdə regionun inkişafına və çiçəklənməsinə töhfə verəcək.

Mən Azərbaycana bir neçə dəfə səfər etmişəm. Ölkənizdə müxtəlif sahələrdə şahidi olduğum inkişafdan çox məmnunam. Eyni zamanda, qardaş ölkədə dinc yanaşı yaşamanın və plüralizm dəyərlərinin bariz nümunəsini, həmçinin xalqlarımız arasında dərin məhəbbətin olduğunu görmüşəm.

Zati-aliləri, arzu edirəm ki, qardaş Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim əmin-amanlıq və tərəqqi içində yaşasın.

Bir daha Sizə səmimi salamlarımı və xoş arzularımı çatdırıram.

Hörmətlə,

 Seyyid Mahmud ŞƏRİF,

Misir parlamentinin sabiq birinci vitse-spikeri,

Seyyidlər İttifaqının sədri.