Si Cinpin: “Tayvanla birləşmə qaçılmazdır”
Dünya xəbərləri

Si Cinpin: “Tayvanla birləşmə qaçılmazdır”

Çin Xalq Respublikasının Sədri Si Cinpin Çinin suverenlik uğrunda qarşıdurmada olduğuTayvanın materiklə birləşməsini qaçılmaz bir tendensiya adlandırıb. Və buna nail olmaq üçün separatizmin "hər vasitə ilə" qarşısını alacaqlarını bildirib.

“Respublika” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Çin Xalq Respublikasının qurucusu Mao Zedongun anadan olmasının 130-cu ildönümünə həsr olunmuş simpoziumda çıxış edən Si Cinpin Tayvan probleminə münasibət bildirib.

Çinin birləşməsinin "qaçılmaz bir tendensiya", "Çin millətinin haqlı işi" və "xalqın istəyi" olduğunu vurğulayan Si, "Vətənimiz yenidən birləşməlidir və əlbəttə ki, yenidən birləşəcəkdir" ifadəsindən istifadə edib.

Musa Bağırlı,

“Respublika”.