Yol qəzasında polis nəfəri həyatını itirib
Gündəm

Yol qəzasında polis nəfəri həyatını itirib

Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in mətbuat xidmətindən "Respublika"ya bildirilib ki, “KİA” və “BMV” markalı avtomobillər toqquşub. 

Nəticədə “BMV” markalı şəxsi avtomobildə sərnişin olan polis nəfəri 1990-ci il təvəllüdlü İlqar Sadıqov hadisə yerində həyatını itirib. Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib. 

Araşdırma aparılır.