Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb
Siyasət

Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb

Bu, regionun bütün ölkələri üçün yeni iqtisadi imkanlar yaradır

Strateji baxımdan mühüm geosiyasi məkanda - Şərqdən Qərbə Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin kəsişməsində yerləşməsi Azərbaycanı əsrlər boyu transmilli dünya güclərinin xüsusi maraq dairəsində saxlamışdır. Əlverişli coğrafi mövqeyi Azərbaycana malik olduğu zəngin karbohidrogen ehtiyatları qədər yeni dividendlər qazanmaq şansı yaratmışdır. Həm ümummilli lider Heydər Əliyev, həm Prezident İlham Əliyev mövcud reallığı müstəqil Azərbaycan dövləti üçün əsas şanslardan biri kimi düzgün dəyərləndirərək ondan həm yeni neft strategiyasının, həm transmilli nəqliyyat-kommunikasiya siyasətinin həyata keçirilməsində başlıca amil kimi məharətlə istifadə etmişlər. Hazırda Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi coğrafi reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında aparıcı rol oynayır.

Şərq-Qərb Şimal-Cənub kimi beynəlxalq səviyyəli marşrutlar respublikamızın ərazisindən keçir. Bu, Orta Dəhlizdə Azərbaycanın önəmini artıran amillərdən biridir. Orta Dəhliz marşrutu ilə respublikamıza gələn yüklər buradan həm Şimal-Cənub, həm Şərq-Qərb dəhlizlərinə inteqrasiya edilmiş yollarla daşına bilər. Dünya miqyasında Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdirRespublikamız Trans-Xəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edirUzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması kimi amillər transmilli şirkətlərin ölkəmizə marağını daha da artırıb. Asiya Avropa qitələri arasında körpü rolunu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarıdır. Şərq-Qərb Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda mühüm layihələrin icrasına dəstək göstərir. Beləliklə, Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyərli töhfəsini verir.

Azərbaycan öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. 2022-ci ildə Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024- ildə tamamlanacaq nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. 2021-ci ildə Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu orada artıq ilk rezidentlər yerləşir. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013- ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir.

Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında xüsusi önəm daşıyır. Bu gün Azərbaycanda yüklərin istər Şimal, Cənub, istərsə Şərq, Qərb istiqamətləri üzrə daşınmasına imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə neftdən gələn gəlirlərin bir qismini cəlb etməklə ilk növbədə, ölkəni xarici aləmlə bağlayan əksər avtomobil dəmir yolları, hava su nəqliyyatı infrastrukturları, quru, hava su nəqliyyatına aid kommunikasiyalar qurulur. Xəzər dənizinin dibi ilə Avropanı Asiya ilə birləşdirəcək kommunikasiya vasitələrinin çəkilişləri davam etdirilir. Azərbaycanın regional beynəlxalq nəqliyyat-kommunikasiya layihələrinin dəstəklənməsi istiqamətində həyata keçirdiyi ardıcıl məqsədyönlü siyasət ölkəmizi qısa müddətdə Avrasiyanın əsas nəqliyyat-kommunikasiya qovşaqlarından birinə çevirmişdir.

Avrasiyanın yeni nəqliyyat xəritəsini yaradan Azərbaycanın  iştirakı ilə reallaşan strateji əhəmiyyətli layihələr regional beynəlxalq əməkdaşlığın dərinləşməsini, yeni əməkdaşlıq platformalarının formalaşmasını şərtləndirir. Azərbaycanın regionda yeni nəqliyyat-kommunikasiya xəritəsinin yaranması bölgənin geostrateji vəziyyətinin dəyişilməsində aparıcı rolu xüsusi əhəmiyyətə malikdir. Hazırda Avrasiyanın strateji yolları ölkəmizdə kəsişir ölkəmiz qitələri qovuşduran məkan qismində çıxış edir. Prezident İlham Əliyev 2023- il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində "Avrasiya Orta Dəhlizi: yoldan magistrala" mövzusunda keçirilən panel iclasda Azərbaycan tərəfindən logistika ticarətin inkişafı istiqamətində görülən işlər, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirlən kompleks tədbirlər barədə geniş məlumat vermişdir. Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyaların qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat logistik mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır bu rol ildən-ilə artmaqdadır.

Dövlətimizin başçısı qeyd etmişdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün qərbində olan qonşuları Gürcüstan Türkiyə, şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb Şərq arasında təbii coğrafi bağlantıya malik Azərbaycan ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışdır. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanı 25 milyon tona qədər genişlənəcək artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur.

Ölkəmizin ərazisindən keçərək Şərqdən Qərbə doğru uzanan Avropa, Qafqaz, Orta Asiya ölkələrini əlaqələndirən Şərq-Qərb nəqliyyat dəhlizi istər iqtisadi səmərəlilik, istərsə mükəmməl infrastruktur baxımından əlverişli marşrutdur. Bu marşrutun potensialından səmərəli istifadə etməklə geniş coğrafiyada yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək, bütövlükdə regionun inkişafına əlavə implus vermək mümkündür. Ölkəmiz bu marşrutun funksionallığının artırılmasına, o cümlədən qədim İpək Yolunun bərpasına ciddi dəstək verir. Zəngəzur dəhlizinin yaradılması ilə Azərbaycanın tranzit imkanları daha da artacaq region ölkələri arasında yeni əməkdaşlıq əlaqələri yaranacaq. Gələcəkdə yeni dəhliz Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq beləliklə, Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Zəngəzur marşrutu Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək.

Bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün istifadə etmək potensialı mövcuddur. "Vahid pəncərə" sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı tarif siyasəti üzərində fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında daha sıx əməkdaşlıq aparılmalıdır. Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Bunun əhəmiyyəti yeni yerləri yerli istehsalatla bağlıdır. Orta Dəhliz üzərində Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq.

Prezident İlham Əliyevin gələcəyə aydın baxışı qətiyyəti sayəsində Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb. Azərbaycan Şimal-Cənub Şərq-Qərb nəqliyyat dəhlizi layihəsinin önəmli hissəsinə çevrilib. Ölkəmiz bu strateji nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində davamlı investisiya yatırmaqla öz üzərinə düşən vəzifələri yerinə yetirir. Nəticə etibarilə davam etdirilən işlər ölkəmizin Mərkəzi Asiyanı Qərblə, Cənubi Asiyanı isə Şimalla birləşdirən nəqliyyat qovşağına çevrilməsini şərtləndirib. Həm Şərq-Qərb, həm Şimal-Cənub dəhlizlərinin tranzit potensialının genişləndirilməsi regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq. Zəngəzur dəhlizinin tikintisi Çinlə Mərkəzi Asiya ölkələri arasında Avropa istiqamətində nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin  etməklə regionun bütün ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq.

Mustafa KAMAL,

"Respublika".