İranda mağazadan 3 qutu badam oğurlayan şəxs həbs edilib.
“Respublika” xəbər verir ki, hadisə paytaxta yaxın əyalətlərdən birində baş verib. İran mətbuatında yer alan xəbərlərə görə, oğurluqda ittiham olunan şəxs 3 uşaq atası olub. O, saxlanıldıqdan sonra ölkəsindəki ərzaq qıtlığı səbəbindən belə bir yola əl atdığını deyib.
3 qutu badam oğurluğu ilə ittiham olunan 45 yaşlı kişi 10 ay həbs və 40 şallaq cəzasına məhkum edilib.
Jalə QASIMZADƏ,
“Respublika”.