İsraildə COVID-19-un yeni variantı aşkarlanıb
Dünya xəbərləri

İsraildə COVID-19-un yeni variantı aşkarlanıb

İsraildə ilk dəfə olaraq COVID-19-un BA.2.86 adlı yeni variantı müəyyən edilib.

"Respublika" İsrail İctimai Yayım Təşkilatına (KAN) istinadən xəbər verir ki,  İsrail rəsmiləri variantın mövcudluğunu təsdiqləyib.

Bildirilib ki, yeni variantın daşıdığı çoxlu sayda mutasiya ilə BA.2.86 peyvəndləri səmərəsiz edə bilər. Bu da Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat edir.

Qeyd edək ki, BA.2.86 variantı ABŞ, Böyük Britaniya və Danimarkada da tapılıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".