Nazirliyin e-xidmətlərinə yanvar ayında 254 min müraciət qeydə alınıb
Sosial həyat

Nazirliyin e-xidmətlərinə yanvar ayında 254 min müraciət qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ilin ilk ayında 254 min müraciət qeydə alınıb. Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 810,4 min dəfə istifadə olunub. Sosial ödənişlər üzrə 24,4 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, Nazirliyin fəaliyyət sahələrinə dair 42 min e-arayış verilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən də daxil olan sorğularla birgə  yanvar ayında ümumilikdə Nazirliyin informasiya bazalarına 43 milyon e-sorğu və müraciət qeydə alınıb.

"Respublika".